Səid Qurbanov

Səid Camal oğlu Qurbanov (21 dekabr 1928, Səlik, Dağıstan MSSR12 mart 2009, Bakı) — SSRİRusiya siyasi və dövlət xadimi, Dərbənd rayon Partiya Komitəsinin birinci katibi (1962, 1966–1971 və 1973–1985), Dağıstan MSSR kənd tədərrüfatı naziri (1971–1973), Dağıstan prezidentinin sabiq müşaviri, Dağıstanda Azərbaycan diasporunun görkəmli nümayəndəsi.[1]

Səid Qurbanov
bayraq
Dərbənd Rayon Administrasiyasının başçısı
bayraq2
1993 – 1998
bayraq
Dərbənd Rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1962 – 1962
1966 – 1971
1973 – 1985
bayraq
Dağıstan MSSR kənd təsərrüfatı naziri
bayraq2
1971 – 1973
Şəxsi məlumatlar
Doğum tarixi 21 dekabr 1928(1928-12-21)
Doğum yeri
Vəfat tarixi 12 mart 2009(2009-03-12) (80 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
  • Dağıstan Dövlət Aqrar Universiteti[d]
Fəaliyyəti siyasətçi

Təltifləri 4-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni "Şöhrət" ordeni
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

Səid Camal oğlu Qurbanov 1928-ci il dekabrın 21-də Dərbənd rayonunun Səlik kəndində anadan olub. Uzun illər müxtəlif dövlət vəzifələrində çalışan Səid Qurbanov 1965-ci ildə Dərbənd rayon İcraiyyə Komitəsinin sədri, 1966-cı ildə isə Dərbənd rayon partiya komitəsinin birinci katibi seçilib.

1971-73-cü illərdə Dağıstanın kənd təsərrüfatı naziri olan soydaşımız Səid Qurbanov 1973-cü ildə yenidən Dərbənd rayonunun birinci katibi vəzifəsində çalışıb. O, 1991-1998-ci illərdə Dərbənd rayon Deputatlar Sovetinə sədrlik edib, 1998-ci ildən təqaüdə çıxana kimi isə Dağıstan prezidentinin müşaviri vəzifəsində çalışıb.

2005-ci ildə təqaüdə çıxan Səid Qurbanov Dağıstan prezidenti yanında Ağsaqqallar Şurasının üzvü olub. İki dəfə Dağıstan Sovet Sosialist Respublikasının deputatı olan soydaşımız həmçinin Dağıstan Respublikası Dövlət Şurasının da üzvü olub.

2008-ci ilin dekabrında prezident İlham Əliyevin sərəncamı ilə Səid Qurbanov "Şöhrət" ordeni ilə təltif edilib.

2009-cu il martın 11-də ürək çatışmazlığı diaqnozu ilə Bakıya gətirilən S.Qurbanov xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və S.Qurbanov xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib. Dağıstanın Dərbənd rayonunun Salik kəndində torpağa tapşırılıb.

  1. Нифталиев, Рафик. "Человек с открытой душой". dagpravda.ru (rus). 2010-12-21. 2024-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.