Rafiq Niftəliyev

Rafiq Niftəliyev (tam adı: Rafiq Həbibulla oğlu Niftəliyev; 21 sentyabr 1945, Qusar) — Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı (1993–2002), Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı (2002–2012).

Rafiq Niftəliyev
bayraq
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
2 may 2002 – 14 aprel 2012
Əvvəlkiİsmixan Muradov
SonrakıTofiq İbrahimov
bayraq
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
20 avqust 1993 – 2 may 2002
ƏvvəlkiMüqəddəs Mehdiyev
SonrakıƏbülfəz Hüseynov
bayraq
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini
bayraq2
1991 – 1993
BaşçıRəfail Hüseynov (1991-1992)
Müqəddəs Mehdiyev (1992-1993)
Şəxsi məlumatlar
Doğum tarixi 21 sentyabr 1945(1945-09-21) (78 yaş)
Doğum yeri
Təhsili

Niftəliyev Rafiq Həbibulla oğlu 1945-ci il sentyabrın 21-də Qusar rayonunda anadan olmuşdur. 1963-cü ildə Qusar şəhər orta məktəbini, 1975-ci ildə isə Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1963-cü ildən l.Şmidt adına Maşınqayırma Zavodunda başlamışdır. 1964-cü ildən Bakı Çayçəkici Fabrikində, 1968-ci ildən Azərbaycan "Neftlahiyə" Elmi-Tədqiqat İnstitutunda çalışmışdır.

1975-ci ildən Xaçmaz rayonunun Qoçaqlı kənd 8 illik məktəbində, 1977-ci ildən İnqilab kənd orta məktəbində müəllim və direktor müavini, 1987-ci ildən Xaçmaz Rayon Xalq Təhsili Şöbəsi müdirinin müavini işləmişdir. 1970–1990-cı illərdə Bakı və Xudat Şəhər Xalq Deputatları Sovetlərinə deputat seçilmişdir.

1991-ci ildən Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini, 1993–2002-ci illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, 2002–2012-ci illərdə isə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır[1].

  1. "R.H.Niftəliyevin Ağdaş rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı". 2017-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-15.