Fenomenologiya

Fenomenologiya (alm. Phänomenologie‎ — "fenomenlər haqqında təlim") — öz vəzifəsini dərk edən şüurun təsviri və bu şüurda əhəmiyyətli xüsusiyyətlərin üzə çıxarılması kimi müəyyənləşdirən XX əsr fəlsəfi cərəyanı.

Fenomenologiyanın ikili xarakteri onun mahiyyətini mürəkkəbləşdirir. fəlsəfə ilə psixologiyanın əlaqə nöqtəsində yerləşən fenomenologiya öz məzmununu fəlsəfə və psixologiya arasında paylaşmaq məcburiyyətindədir. Brentanoya görə fenomenologiya varlığın içərisində fəlsəfə, varlıqdan kənarda psixologiyadır. Sadə dillə desək fenomenologiya yoxluğa və varlığa həm fəlsəfi həm psixoloji yönlə yaxınlaşan elm sahəsidir.