Fəxri Qorutürk

Fəxri Sabit Qorutürk (türk. Fahri Sabit Korutürk; 3 avqust 1903, Fateh, İstanbul ili12 oktyabr 1987[2][1], İstanbul) — Türkiyə Respublikasının 6-cı prezidenti (1973–1980). Qorutürk soyadını ona Mustafa Kamal Atatürk vermişdir.

Fəxri Qorutürk
türk. Fahri Korutürk
6 aprel 1973 – 6 aprel 1980
ƏvvəlkiCevdət Sunay
SonrakıKənan Evrən
Şəxsi məlumatlar
Doğum adı Fahri Sabit[1]
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı İmperiyası
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri Türkiyə Dövlət qəbiristanlığı
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, donanma zabiti[d]
Həyat yoldaşı Əməl Qorutürk
Uşaqları 3
Dini islam
Hərbi xidmət
Qoşun növü Türk Dəniz Qüvvələri
Rütbəsi Admiral

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəxri Korutürk 1901-ci ildə İstanbulda anadan olub. Atası Osman Sabit Əfəndi, anası Əminə Nəsrin xanımdır.

1916-cı ildə Hərbi məktəbə daxil olmuş, 1923-cü ildə isə leytenant rütbəsi ilə Dəniz Qüvvələrinə qəbul olunmuşdur.

Müxtəlif hərbi məktəblərdə oxumuş, 1933-cü ildə Dəniz Hərb Akademiysından məzun olmuşdur.

Roma, Berlin və Stokholmda Dəniz Attaşeliyi vəzifələrində çalışmış, 1936-cı ildə Montrö Boğazlar Konfransına hərbi mütəxəssis kimi qatılmış, nəhayət, Dəniz Hərb Akademiyasının komandanı olmuşdur.

27 may çevrilişindən sonra Moskva səfirliyindən istefa vermiş, 7 iyun 1968-ci ildə prezident tərəfindən senator təyin edilmişdir.

6 aprel 1973-cü ildə TBMM tərəfindən prezident seçilmişdir.

12 oktyabr 1987-ci ildə dünyasını dəyişmişdir.

Almanca, ingiliscə və italyanca bilirdi. Evli idi və üç övladı var idi.