Səltənət Məhəmməd bəy qızı Quliyeva (Məmmədbəyova) (1907, Bakı – 1979, Bakı) — vokalçı (lirik soprano), aktrisa, Azərbaycan SSR əməkdar artisti (1943).
Səltənət Quliyeva | |||
---|---|---|---|
Doğum adı | Səltənət Məmmədbəyova | ||
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası | ||
Vəfat tarixi | |||
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
||
Fəaliyyəti | vokalçı, aktrisa | ||
Fəaliyyət illəri | 1927-ci ildən | ||
Təhsili | Azərbaycan Dövlət Konservatoriyası | ||
Teatr | Azərbaycan Dövlət Opera və Balet Teatrı | ||
Mükafatları |
|
Səltənət Quliyeva 1907-ci ildə Bakıda anadan olub. Qızlıq soyadı Məmmədbəyovadır. Oxumağa kiçik yaşlarında başlayan S.Quliyeva onu dinləyən Üzeyir Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Radiosuna dəvət edilib. O, dörd ildən artıq müddətdə burada solist-müğənni olaraq fəaliyyət göstərib. Bəstəkarın tövsiyəsi ilə 1930–1935-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində təhsil alıb. 1937–1948-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.[1]
1938-ci ildə Musiqili Komediya teatrı müstəqil fəaliyyətə başlayan zaman Səltənət Quliyeva biir ilə yaxın truppaya kömək edib. O, bu teatrda Gülçöhrə ("Arşın mal alan", Üzeyir Hacıbəyov) rolunu oynayıb. Sənətçi Azərbaycan bəstəkarlarının operetta və operalarında, həm də dünya klassiklərinin əsərlərində səs qurumuna, bədii-psixoloji səciyyələrinə görə müxtəlif xarakterli obrazların partiyalarını oxuyub. O, 1979-cu ildə Bakıda vəfat edib.[1]
Partiya | Müəllif | Rol |
---|---|---|
Koroğlu | Üzeyir Hacıbəyov | Asya, Nigar |
Arşın mal alan | Üzeyir Hacıbəyov | Gülçöhrə |
Şah İsmayıl | Müslüm Maqomayev | Naznaz, Gülzar |
Nərgiz | Müslüm Maqomayev | Nərgiz, Ənbər |
Vətən | Qara Qarayev, Cövdət Hacıyev | Dilbər |
Azad | Cahangir Cahangirov | Hürü xala |
Sevil | Fikrət Əmirov | Gülüş |
Şahsənəm | Reynqold Qliyer | Ənbər |