Səməd Kamil oğlu Abdullayev (11 oktyabr 1961, Yuxarı Veysəlli, Füzuli rayonu – 12 avqust 1993, Füzuli rayonu) — Qarabağ müharibəsi şəhidi.
Səməd Abdullayev | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur. |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşaqları | Emil, Aynur |
Atası | Kamil Abdullayev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Xidmət illəri | 1983 – 1993 |
Rütbəsi | Leytenant |
Vəzifəsi | Sahə İnspektoru |
Döyüşlər | Qarabağ müharibəsi |
Səməd Abdullayev 1961-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olub. 1978-ci ildə Füzuli rayonu Yuxarı Veysəlli kənd orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universiteti nəzdində hazırlıq fakültəsinə daxil olmuşdur. 1981-1983-cü illərdə Tallin Baltik dəniz donanmasında hərbi xidmət keçmişdir. 1983-cü ildən Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin post–patrul xidməti rotasında əmək fəaliyyətinə başlamışdır. 1990-cı ildə N.Rzayev adına Xüsusi Milis məktəbinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirmişdir. Vətənə olan məhəbbəti onu Füzuli rayonuna döyüş bölgəsinə aparmışdır. 16 sərhəd kəndinin (Qaradağlı, Xatınbulaq, Körazallı, Pirəhmədli, Qarakollu və s.) müdafiəsində iştirak etmişdir. 1993-cü ilin 12 avqustu Füzuli Rayon Polis şöbəsinin sahə inspektoru polis leytenantı Səməd Kamal oğlu Abdullayevin son döyüş tarixi olmuşdu. Səməd Abdullayev Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 124 №-li qərarı ilə Suraxanı rayonu Yeni Günəşli "D" yaşayış sahəsində yerləşən 290 №-li orta məktəbə şəhid Səməd Kamal oğlu Abdullayevin adı verilmişdir. Məktəbin həyətində onun büstü ucadılmışdır.[1]