Mərənd — İranın Doğu Azərbaycan Bölgəsinda şəhər, Mərənd şəhristanının inzibati mərkəzi. Təbrizin şimal-qərbində yerləşir.
Mərənd | |
---|---|
38°25′ şm. e. 45°46′ ş. u.HGYO | |
Ölkə | |
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 491 |
Digər | |
marand.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Mərənd Şərqi Azərbaycan ostanının iri şəhərlərindən biridir. Şəhər ostanın şimal hissəsində yerləşir. Bağlı-bağatlı, saf suyu və havası, məhsuldar torpağı olan yerdir. Bu şəhər cənubdan Təbrizlə, şimaldan Zunuz, Ələmdar və Culfa vasitəsilə Arazla, qərbdən Xoy və Maku ilə, şərqdən isə Əhər şəhəri (Qaradağ mahalı) ilə həmsərhəddir.
Təbii iqlim şəraitinə görə Mərəndin ərazisinin 2/3 hissəsi qeyri-hamardır. Mərənd dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdədir. Təbrizlə Mərənd arasındakı məsafə 71 km, Culfa (NMR) ilə isə 60 km-dir. Mərənd tranzit yolu üzərində yerləşir. Təbriz-Culfa dəmir yolu və Təbrizdən Avropaya gedən yollar Mərənddən keçir.
Mərəndi hər tərəfdən böyüklü kiçikli dağ silsilələri əhatə edir. Mərəndin dağları içərisində Mişov dağı öz coğrafi mövqeyi, zənginliyi və təbiətinin rəngarəngliyi ilə fərqlənir. Mərəndlə Urmu gölü və Şəbüstər arasında yerləşən bu dağ Mərəndə gələnləri başından heç vaxt qarı əskik olmayan zirvəsi ilə salamlayır. Təbrizdən Culfaya və Avropaya gedən yollar Mişov dağının ətəyindən keçir. Mişov dağının ətəyində yerləşən Yam yaylağı saf suyu və havası ilə əvəzsiz müalicə ocağıdır.
Mərəndin ərazisini əhatə edən başlıca çaylar Sellisu, Zilbir, Zunuz çay, Sınıq çay, Qaraçay və Ələmdar çaydır. Mərənd müalicəvi bulaqlarla da zəngindir. Mənbəyini Mişov dağından alan Bəysuyu mineral maddələrinə və müalicəvi əhəmiyyətinə görə daha qiymətlidir. Mərənddə havanın hərarəti yayda 38 dərəcədən (dağ ətəyində 10 dərəcədən) yuxarı qalxmır.
1986-cı ilə əhalinin siyahıya alınmasına görə Mərəndin ətrafla birlikdə əhalisinin sayı 260.592 nəfər (şəhər əhalisi 71.373 nəfər), ərazisi isə 4640 kv.km olduğu göstərilir. Mərəndin 157 kəndi var. Ən böyük kəndləri Yekan dizəsi, Yuxarı dizə, Yamçı, Hərzənd, Yam, Köşksaray və sairələridir. Zunuz Mərənd ətrafında ən böyük qəsəbədir.
Mərənd həm də Azərbaycanın ən qədim şəhərlərindən biridir. Onun adı eramızdan əvvəlki dövrlərə aid tarixi mənbələrdə "Mandqarna" kimi çəkilir ki, bu da qədim Azərbaycan dövləti Mannanın adı ilə əlaqələndirilir. Mərənd sözü qədim türk dilində basdırılmış, örtülmüş, dəfinə kimi şərh edilir. Bu adla bağlı əhali arasında belə bir əfsanə də vardır ki, guya Nuh peyğəmbər və anası Mərənddə dəfn edilmişdir. Lakin elmə məlumdur ki, Nuh Peyğəmbər türbəsi Naxçıvan şəhərində yerləşir.
Həmişə gözü başqalarının torpağında olan ermənilər Mərənd şəhərini də özününküləşdirməyə çalışır, buranın qədim erməni diyarı olduğunu iddia edirlər. Erməni tarix kitablarında göstərilir ki, guya Mərənd şəhəri "Marya" adlı bir erməni-xristian qızın sifarişi ilə salındığından onu adını daşımış, daha sonralar isə söz Mərənd şəklində işlədilməyə başlamışdır. Halbuki şəhərin hələ Midiya dövləti zamanından mövcudluğu tarixi mənbələrdə qeyd edilir. Erməni müəllifləri həyasızcasına iddia edirlər ki, guya şəhərin mərkəzində yerləşən Mərənd Cümə məscidi qədim erməni məbədidir.
Mərəndin adı yunan mənbələrində eramızdan əvvəl II əsrdə çəkilir və burada yaşayış məntəqəsi olduğu qeyd edilir. Tarixi mənbələrin verdiyi məlumata görə Mərənd şəhəri madayların hakimiyyəti dövründə br müddət mühüm inzibati mərkəz kimi istifadə edilmişdir.
Mərənd Azərbaycanın milli qəhrəmanı Babəkin başçılığı altında yadelli zülmünə qarşı hərəkatda da mühüm mövqe tutmuş, mübarizənin mühüm ocaqlarından biri olmuşdur. Mərəndin o zamankı şəhər hakimi Məhəmməd Rəvadi Babəkin yaxın silahdaşlarından biri olmuşdur. Rəvvadilər dövlətinin süqutundan sonra Mərənd çoxlu yadelli hücumlarına və talanlara məruz qalır. Öz əvvəlik şöhrətini itirdiyindən mənbələrdə şəhərin adı çox gec-gec çəkilir.
Səfəvilərin hakimiyyəti dövründə şəhərə xüsusi fikir verilmiş, abadlaşdırılmasına və böyüməsinə diqqət yetirilmişdir.
Məşrutə hərəkatında (1905-1911) Səttarxanın (Sərdari milli) başçılıq etdiyi mücahid dəstələrinə qoşulan və ona yardım göstərən mərəndlilərə mürtəce Şücanizam xan maneə olurdu. Təbrizdən gələn sovqat bağlamasında yerləşdirilən bombanın partlayaraq Şücanizam Mərəndini məhv etməsindən sonra Mərənd məşrutəçilərin əsas dayaqlarından birinə çevrilmişdi. 1920-ci ildə Şeyx Məhəmməd Xiyabani üsyanında, 1946-cı il 21 Azər hərəkatında, 1978-ci il Təbriz üsyanı və 1978-79-cu illər inqlabında Mərənd əhalisi öz çeviklik və fədakarlığı ilə ad qazanmışdır.