Arşın mal alan (film, 1960)

Arşın mal alan (fars. آرشین مالالان‎) — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında rejissor Səməd Sabahi (titrlarda Nadir Hafizi) və ssenaristlər Səməd Sabahi və İsmail Kuşan tərəfindən 1960-cı ildə çəkilmiş İran filmi.[2][3][4] Bu filmdə baş rolları Viqen Derderyan və Təhminə Etminan oynayırdı.

Arşın mal alan
fars. آرشین مالالان
Janr komediya filmi
Rejissor
Ssenari müəllifləri
Baş rollarda
Bəstəkar
İlk baxış tarixi 1960
Müddət 93 dəq.[1]
Ölkə
  •  Pəhləvilər İranı[d]
Dil fars dili
Rəng ağ-qara[d]
IMDb ID0404784
border=none Əsas məqalə: Arşın mal alan (operetta)

Filmin qəhrəmanı tacir Əsgər ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin qızı Gülçöhrə ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.

  1. http://iranact.com/Cinema/Movies/movies/Arshin_Malalan.htm.
  2. Kazımzadə, Aydın. Arshin Mal Alan: The rich Screen Life Of Uzeyir Hajibayov's Operetta (ingilis). Visions of Azerbaijan, The European Azerbaijan Society. 2009. səh. 88–97. 9 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2019.
  3. "Arshin mal-alan (1960)". IMDb. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.
  4. "آرشین مالالان - 1339". iranact.com. 2024-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-18.