Sərdar Denktaş

Sərdar Denktaş (türk. Serdar Denktaş) — Şimali Kipr Türk Respublikasında siyasətçi və dövlət xadimi. Demokrat Partiyasının lideri, 1990-cı ildən etibarən ŞKTR Məclisinin üzvü, 2014-2016-cı illərdə Xarici İşlər Naziri, 2016-2019-cu illərdə Baş nazirin müavini və maliyyə naziri. Şimali Kipr Türk Respublikasın qurucusu və ilk Prezidenti Rauf Denktaşın oğludur. 2020-ci il Şimali Kipr Türk Cümhuriyyəti prezidenti seçkilərinə müstəqil namizəd olaraq qatılmışdır.

Sərdar Denktaş
türk. Serdar Denktaş
2 Fevral 2018 – 28 May 2019
ƏvvəlkiSərdar Denktaş
SonrakıOlgün Amacoğlu
bayraq
Şimali Kipr Türk Respublikasının Baş Nazirinin müavini, Maliyyə naziri
16 aprel 2016 – 2 fevral 2018
ƏvvəlkiHüseyn Özgürgün
SonrakıBirikim Özgür
bayraq
Şimali Kipr Türk Respublikasının Baş Nazirinin müavini, Xarici İşlər naziri
13 yanvar 2004 – 25 sentyabr 2006
ƏvvəlkiMehmed Əli Tələt
SonrakıFerdi Sabir Soyar
Şəxsi məlumatlar
Doğum tarixi 1959
Doğum yeri
Milliyyəti türk
Vətəndaşlığı ŞKTR
Təhsili Kardiff Unuversiteti
İxtisası Dövlət qulluqçusu, siyasətçi
Fəaliyyəti siyasətçi
Atası Rauf Denktaş
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərdar Denktaş 1959-cu ildə qismən tanınan Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın ailəsində anadan olub. İngiltərədəki "London Printing Collec"də tipoqrafiya kursunu bitirdikdən sonra Kardiff Universitetinə iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Lakin təhsilini tamamlaya bilməmiş və Kiprə dönmüşdür. Tezliklə Kipr Kredit Bankının baş direktoru vəzifəsinə təyin edilmişdir.

Siyasi karyerası

[redaktə | mənbəni redaktə et]

1990-cı ildə parlament seçkilərində Serdar Denktaş Lefkoşa mandatı üçün Milli Birlik Partiyasından seçki siyahısına girmişdir. Seçkinin nəticəsi uğurlu olmu. və o, parlamentə üzvü seçilmişdir. Daha sonra Daxili İşlər Naziri, Kənd Təsərrüfatı və Ətraf Mühit naziri vəzifələrini icra etmişdir.

Sərdar Denktaş 1992-ci ildə Milli Birlik Partiyasından ayrılmış və Demokratik Partiyanın qurulmasında iştirakçı olmuşdur. 1993-cü il ümumi seçkilərdə bu dəfə Demokratik Partiyadan namizəd olmuş və millət vəkili seçilmişdir. Gənclər və İdman Naziri olaraq hökumətə daxil olmuşdur. 1996-cı ildə Demokratik Partiyanın liderliyinə yüksəlmişdir. Yeni koalisiya hökumətinin qurulmasından əvvəl qısa müddətdə Baş nazirin müavini vəzifəsini icra etmişdir. 1998-ci il ümumi seçkilərində Sərdar Denktaş yenidən ŞKTC parlamentinə seçilmişdir.

2000-ci ildə Demokrat Partiyasının sədrliyindən istefa vermiş və 2001-2003-cü illər arasında Turizm və Ətraf Mühit Naziri vəzifəsində çalışmışdır. 2002-ci ilin dekabrında yenidən Demokrat Partiyasının sədri vəzifəsinə qayıtmışdır. 2003-cü il tarixindən nazir, baş nazirin müavini və Xarici İşlər naziri vəzifələrini tutmuşdur. 2006-cı il sentyabr ayından etibarən Respublika partiyası hökumət koalisiyasını dağıtdıqda Demokratiya partiyası hökumətdəki nazir portfellərini itirmişdir. Sərdar Denktaş 2005-ci il 23-26 aprel tarixləri arasında müvəqqəti Baş nazir səlahiyyətlərini icra etmişdir.

Denktaş 16 aprel 2016-cı ildə Baş nazirin müavini və maliyyə naziri təyin edildi.[1] Baş nazirin müavini vəzifəsi 2018-ci il fevralın 2-də başa çatdı. 8 May 2019-cu il tarixində Maliyyə Naziri vəzifəsindən istefa etmişdir.[2]

Denktaş 9 sentyabr 2019-cu ildə Demokratik Partiyası sədrliyindən istefa vermişdir. 2020-ci il prezident seçkilərində müstəqil namizəd olan Denktaş, ilk turda4.20 % səs topladı və ikinci tura çıxa bilmədi.[3] DP ikinci turda Ersin Tatarı dəstəkləmək qərarına gəldikdə, "Partiyam öz namusunu qoruya bilmirsə, mənim vəzifəm öz namusumu qorumaqdır."- deyə Partiya üzvlüyündən istefa verdi.[4]

Şəxsi keyfiyyətləri

[redaktə | mənbəni redaktə et]

Sərdar Denktaş ingilis dilində sərbəst danışır. Praqmatik bir siyasətçi kimi böyük nüfuza sahibdir. Sərdar Denktaş Kipr münaqişəsinin həlli məsələsində atasından daha mülayim mövqe sərgiləyir.

  1. "Serdar Denktaş Görevi Özgür'den Devraldı". Kuzey Postası (Turkish). 16 April 2016. 25 April 2016 tarixində arxivləşdirilib.
  2. "Northern Cyprus coalition government collapses". en:Daily Sabah. 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-12.
  3. "Arxivlənmiş surət". 2020-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
  4. "Arxivlənmiş surət". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]