Səxavət Sahil

Səxavət Sahil (1 yanvar 1982) — azərbaycanlı yazıçı, şair; Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.

Səxavət Sahil
Təxəllüsləri Səxavət Sahil
Doğum tarixi 1 yanvar 1982(1982-01-01) (42 yaş)
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Neft Akademiyası
Bakı Slavyan Universiteti
Ərdəhan Universiteti
Fəaliyyəti şair
yazıçı
Fəaliyyət illəri 2009–h.h
Əsərlərinin dili azərbaycanca
İstiqamət poeziya
nəsr
Janrlar şeir
roman
İlk əsəri "Hər zaman və heç vaxt (2009)"
Tanınmış əsəri "İsanın qadını (2014)[1]
Üzvlüyü
Mükafatları "Səməd Behrəngi" mükafatı (2015)[2]
avanqard.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Səxavət Sahil 1982-ci il yanvarın 1-də anadan olub. 1999–2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ali təhsil alıb.[3] 2003–2004-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2005-ci ildə Bakıdakı Niderland Jurnalistika Məktəbini bitirib. 2000–2006-cı illərdə "Gün" qəzetində çalışıb. 2006–2010-cu illər ərzində "Azad Azarbaycan" Televiziyasının Xəbərlər departamentində müxbir işləyib. 2010–2014-cü illərdə "Azad Azarbaycan" televiziyasında "Atvxeber.az" xəbər saytının rəhbəri olub.

2012–2014-cü illərdə Bakı Slavyan Universitetinin "Yaradıcılıq fakültəsi"ndə təhsil alıb. 2012-ci ildə yaratdığı "Avanqard.net" mədəniyyət portalının qurucusu və baş redaktorudur. 2014-cü ildə "Avanqard" ədəbiyyat jurnalını təsisi edib.[4] 2014–2018-ci illərdə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" Dünya ədəbiyyatı dərgisində internet üzrə redaktor işləyib. 2016–2018-ci illərdə Türkiyənin Ərdəhan Universitetində Türk Dili və Ədəbiyyatı üzrə magistr təhsili alıb.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Bir sıra qəzet, jurnal və internet dərgilərində şeir, hekayə və məqalələri dərc olunub.

Şeirləri ingilis, türk, özbək, ukrayna və rus dillərinə tərcümə edilib.

Bir çox müasir Azərbaycan yazarlarının və ayrıca Petrarkanın, Sapfonun şeirləri, Vilyam Folknerin "Avqust günəşi", Qabriel Qarsiya Markesin "Patriarxın payızı", Joze Saramaqonun "İsanın İncili", Mustafa Məsturun "Cüzamlı əllər", Viktor Pelevinin "Omon Ra", Andrey Platonovun "Can", Lo Klezionun "Raga", Volterin "Kandit", Lope de Veqanın dram əsərləri, Corc Sandın "İndiana", Edqar Allan Ponun "Sfinks" və s. əsərləri haqqında silsilə resenziyalar yazıb.

2009-cu ildə Gənclər və İdman Nazirliyi tərəfindən "Hər zaman və heç vaxt" adlı şeirlər kitabı nəşr olunub. Kitabda əsasən müəllifin müasir üslubda yazdığı sevgi, insan, həyat, zaman və digər mövzuları əhatə edən şeirləri toplanıb.

2014-cü ildə "QANUN" nəşriyyatının "Ən yeni ədəbiyyat" seriyasından "İsanın qadını" romanı çap olunub. [5] Roman geniş rezonansa səbəb olub və ən çox satılan kitablar siyahısına başçılıq edib. Roman nəşri tükəndiyinə və geniş oxucu marağına görə 2020-ci ildə yenidən çap olunub.[6]

2019-cu ildə "Nar ağacının nəğmələri" adlı şeirlər toplusu işıq üzü görüb.[7] Kitabda müəllifin nar silsiləsindən olan şeirləri toplanıb. Hər bir şeirdə nar və onun nəsnələri müxtəlif formada əksini tapıb.[8]

"İsanın qadını" romanı

[redaktə | mənbəni redaktə et]

Romanın qəhrəmanı əyalətdən şəhərə xilas olmağa gəlsə də, həyatın gözlənilməz hadisələri ilə üzləşir. Uşaqlığında və yeniyetməliyində mental dəyərlərin, ziddiyətli ailə ehkamlarının əsarətinə düşən qadın həyatını yenidən qurmaq, sərbəst yaşamaq istəsə də şüuraltı olaraq atdığı addımlar onu fəlakətə daha da yaxınlaşdırır. Ata sözündən, adət-ənənələrdən çıxa bilməsə də sonradan bütün bunlara etiraz edib öz gələcəyini müəyyən edir. İsa peyğəmbərin həyatına daxil olması düşüncələrini dəyişdirib gələcəyə inanmasına stimul verir. Özünü seçilmiş, məsih adlandırması isə ətrafındakılara qeyri ciddi görünür, gülüş hədəfi olur. Ruhdan düşmür, yuxularına inanıb, Məsihin dediklərinə əməl eləməyə başlayır.[9]

Geciksə də "Təzə avtovağzal" ərazisindəki kəsilən şam ağaclarının şahidi olur, məsihlik qismətinin bir addımlığında durur. Həpsxanadakı cinsi istismar təkliflərinə yox deyib işgəncələrə, əzablara məruz qalır. Gördüyü dəhşətlər, yaşadığı acılar psixoloji durumuna təsir etsə də, inamını itirmir. Mənəvi iztirablar, maddi sıxıntılar iradəsini sındıra bilmir. Əksinə gələcəyə nikbin baxıb arzularla yaşayır. Xoşbəxtlik dünyasının axtarışına çıxır.[10]

Ailə təpkilərinə məruz qaldığından təkliyə çan atır, sərbəstliyini təkliyində axtarır. Kafedə işləyəndə yüksək pul müqabilində fahişəlik təklifinə yox deyir. Lakin fahişə ilə "yatmağa" pulu olmayan müştəriyə təmənasız fahişəlik edir. Savadsızlığın və mentalitetin qurbanına çevrilən qadın özü kimi qurbanların ümumiləşdirilmiş obrazıdır. Müəllif mətnə real hadisələrlə yanaşı, təxəyyüldən doğan sujetlər əlavə etməklə obrazın xarakterini açmağa çalışıb. "İsanın qadını" ilə antik və dini-mistik mətnlər arasında paralellər aparanda romanın "ikinci nəfəsi" açılır, qaranlıq mətləblər aydın olur.[11]

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

Tanınmış tatar şairi Rəmis Aymətin şeirlərini Xanım Aydınla birgə azərbaycan dilinə uyğunlaşdırıb.[12] 2018-ci ildə onların tərcüməsində "Şimşəklər qoynunda" adlı şeirlər toplusu işıq üzü görüb.[13]

2008-ci ildə Azərbaycan Yeni Yazarlar və Sənətçilər Qurumunun xüsusi mükafatı ilə təltif edilib.

2015-ci ildə Prezident İlham Əliyevin gənc ədiblər üçün nəzərdə tutulan fərdi təqaüdünə layiq görülüb.

2015-ci ildə Azərbaycan Yazıçılar BirliyiTİKA-nın "Səməd Behrəngi" ədəbi mükafatına layiq görülüb.[14]

  1. "Bakıda "İsanın qadını" romanı çap olundu" (az.). www.qaynarinfo.az. 2014-04-26. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  2. ""Səməd Behrəngi" ədəbiyyat müsabiqəsinin qalibləri mükafatlandırılıb" (az.). www.azertag.az. 2015-03-06. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  3. "Kitab ən yaxşı xilaskardır" (az.). www.kaspi.az. 2015-07-06. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  4. "Kitab ən yaxşı xilaskardır" (az.). www.kaspi.az. 2015-07-06. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  5. "Bakıda "İsanın qadını" romanı çap olundu" (az.). www.qaynarinfo.az. 2014-04-26. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  6. "Səxavət Sahilin "İsanın qadını" romanı ikinci dəfə nəşr olundu" (az.). www.525.az. 2020-03-10. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  7. "Yazıçının yeni kitabı çap olundu" (az.). www.teleqraf.com. 2019-12-02. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  8. ""Nar ağacının nəğmələri"ni dinləyəcəyik" (az.). www.ayna.az. 2019-12-02. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  9. ""İsanın qadını" "Qanun"da çıxdı" (az.). www.aznews.az. 2014-04-24. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  10. "Bakıda "İsanın qadını" romanı çap olundu" (az.). www.qaynarinfo.az. 2014-04-26. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  11. ""Ən yeni ədəbiyyat" seriyasından daha bir roman" (az.). www.azadlig.org. 2014-04-24. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  12. "Tanınmış tatar şairinin kitabı Azərbaycan dilində" (az.). www.kulis.az. 2018-04-03. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  13. "Tanınmış tatar şairinin kitabı Azərbaycan dilində" (az.). www.pia.az. 2018-04-03. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)
  14. ""Səməd Behrəngi" ədəbiyyat müsabiqəsinin qalibləri mükafatlandırılıb" (az.). www.azertag.az. 2015-03-06. 2022-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-07. (#redundant_parameters)