SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə təşəbbüs qrupu

SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə təşəbbüs qrupu (rus. Инициати́вная гру́ппа по защи́те прав челове́ка в СССР) ― SSRİ insan hüquqları hərəkatının ilk sivil təşkilatı. 1969-cu ildə 15 dissident tərəfindən yaradılmış bu icazəsiz qrup altı ildən artıq müddət ərzində Sovet İttifaqında insan hüquqlarının pozulması ilə bağlı sovet dissidentləri üçün ictimai platforma kimi fəaliyyət göstərib.[1]:291

SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə təşəbbüs qrupu
Növü Birlik
Fəaliyyəti İnsan hüquqlarının monitorinqi
Yaranma tarixi 19 may 1969
Ləğvolma tarixi 1979
Yarandığı yer Moskva, Rusiya
Qurucusu Pyotr Yakir, Viktor Krasin,15 dissident

Qrupun əsas işi sui-istifadə hallarının sənədləşdirilməsi və müraciətlərin hazırlanmasından ibarət olmuşdur. Məktublar SSRİ-də insanların məhkumluqlarına görə təqib edilməsi, xüsusən də, cəza psixiatriyasının tətbiqi və siyasi məhbuslar haqqında idi. Təşkilatın BMT-nin İnsan Hüquqları Komissiyası kimi beynəlxalq təşkilatlara müraciətlər yönəldirdir ki, bu da o dövrün dissident hərəkatları üçün qeyri-adi bir hal idi. Təşəbbüs Qrupunun sənədləri samizdat vasitəsi ilə yayılır və qərb mətbuatı tərəfindən nəşr olunur, həmçinin, Azadlıq Radiosu, BBC Dünya Xidməti və Deutsche Welle kimi radio stansiyaları vasitəsi ilə yayımlanırdı.

Qrup üzvlərinin əksəriyyəti təzyiqlərə və təqiblərə məruz qalmışdır: onlar və ailə üzvləri işlərini itirmiş, həbs olunmuş və azalıqdan məhrum edilmiş və ya Sovet İttifaqını həmişəlik tərk etməyə təşviq edilmişdirlər. 1979-cu ilə qədər qrupun bütün qurucu üzvləri həbsdə, daxili sürgündə və ya xaricdə yaşayırdılar. Bu təşəbbüs qrupu bir çox funksiyanı icra edən müxtəlif dissident təşkilatlar, habelə, Andrey Saxarovun insan hüquqları komitəsi, Moskva Helsinki qrupu və Psixiatriyadan sui-istifadənin arşadırılması üzrə komissiya üçün xəbərçi və model rolunu oynamışdır.[2]:55;76

1968-ci ilin sonlarında filoloq və Latviyada kolxoz sədri olan İvan Yaximoviç Kommunist Partiyasına məktub yazaraq həbs edilmiş samizdat müəllifləri Yuri QalanskovAleksandr Ginzburqun taleyi ilə bağlı narahatlığını ifadə edib.[3] :24 Yaximoviçin bu məktubu geniş şəkildə ictimailəşdirildikdən sonra o, Kommunist Partiyasından xaric edilib, həbs edilib və daha sonra məhkəməsiz psixiatriya xəstəxanasına yerləşdirilib.[3]:24

1969-cu ilin aprelində keçmiş general və dissident Pyotr Qriqorenko öz mənzilində dissident yoldaşları ilə görüşüb və rəsmi olaraq “İvan Yaximoviçi müdafiə komitəsi” yaratmağı təklif edib. Onun bu təklifi qarışıq reaksiyalara səbəb oldu: bəzi dissidentlər daha geniş bir insan haqları qrupu yaratmaq fikrini müdafiə edərkən, bəziləri də qrupun effektivliyinə şübhə ilə yanaşdılar və təşkil edilmiş fəaliyyətin daha sərt repressiyalara səbəb olacağı barədə xəbərdarlıq etdilər.[4]:154–155 Bu mübahisələr may ayında, DTK sədri Yuri Andropovun hesabatı Qriqorenkonun həbsi ilə nəticələndikdə sona çatdı. Bunun ardınca dissident hərəkatının digər korifeyi şair İlya Qabay həbs olundu.[4]:156

1969-cu il mayın 19-da, İlya Qabayın həbs olunduğu gün bir qrup dissident Pytor Yakirin mənzilinə toplaşaraq insan hüquqları qrupuna qoşulmağa razılaşdılar.[4]:156 İlk addım kimi Viktor Krasin müraciət hazırladı. O, bu müraciətdə 1960-cı illərin sonlarında müttəhimlərin məlumat yaymaq hüququndan istifadə etdiklərinə görə mühakimə olunduğu bir neçə siyasi məhkəmə prosesini sadaladı. Müraciət Birləşmiş Millətlər Təşkilatına ünvanlanmış və Sovet İttifaqında insan hüquqlarının pozulması hallarını araşdırmağa çağırmışdır:

Biz Birləşmiş Millətlər Təşkilatına ona görə müraciət edirik ki, bir neçə ildir Sovet İttifaqının yuxarı dövlət və məhkəmə orqanlarına ünvanlanmış etiraz və şikayətlərimizə heç bir cavab verilməyib. Səsimizin eşidiləcəyinə, hakimiyyətin daim qeyd etdiyimiz qanunsuz əməllərinə son qoyacağına olan ümid - bu ümid tükənib. Ona görə də biz BMT-yə müraciət edirik və hesab edirik ki, insan hüquqlarının müdafiəsi bu təşkilatın müqəddəs vəzifəsidir.[1]:215[5][6]

Bu sənəd SSRİ-də Mülki Hüquqların Müdafiəsi üzrə Təşəbbüs Qrupu tərəfindən imzalanmışdır.[7] Qrupda on beş dissidentin adı var idi: Moskvadan Tatyana Velikanova, Natalya Qorbanevskaya, Tatyana Xodoroviç, Sergey Kovalev, Viktor Krasin, Aleksandr Lavut, Anatoli Levitin-Krasnov, Yuri Maltsev, Qriqori Podyapolski, Pyotr Yakir və Anatoli Yakobson, Leninqraddan Vladimir Borisov, ukraynalı Genrix Altunyan və Leonid Plyuş və Özbəkistandakı Krım tatar fəalı Mustafa Cəmilev. Bu adları 38 tərəfdarın siyahısı tamamlayırdı.[6]

  1. 1 2 Alexeyeva, Lyudmila. Soviet Dissent: Contemporary Movements for National, Religious, and Human Rights (ingilis). Middletown, Conn.: Wesleyan University Press. 1987. ISBN 0-8195-6176-2.
  2. Horvath, Robert. The Legacy of Soviet Dissent: Dissidents, Democratisation and Radical Nationalism in Russia. BASEES/Routledge Series on Russian and East European Studies (ingilis). 17. London; New York: RoutledgeCurzon. 2005. ISBN 978-0-203-41285-5.
  3. 1 2 Gilligan, Emma. Defending Human Rights in Russia: Sergei Kovalyov, Dissident and Human Rights Commissioner, 1969–2003 (ingilis). London. 2004. ISBN 978-0415546119.
  4. 1 2 3 Horvath, Robert. "Breaking the Totalitarian Ice: The Initiative Group for the Defense of Human Rights in the USSR". Human Rights Quarterly (ingilis). 36 (1). 2014: 147–175. doi:10.1353/hrq.2014.0013. ISSN 1085-794X. İstifadə tarixi: 2015-08-27.
  5. "Appeal to the UN Commission on Human Rights, 20 May 1969 (8.10)". A Chronicle of Current Events (ingilis). 2013-09-28. 2020-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-06.
  6. 1 2 Yakobson, Anatoly; Yakir, Pyotr; Khodorovich, Tatyana; Podyapolskiy, Gregory; Maltsev, Yuri; və b. "An Appeal to The UN Committee for Human Rights". The New York Review of Books (ingilis). 21 August 1969. 7 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2024.
  7. After the founding document, the group began to use the name Initiative Group for the Defense of Human Rights in the USSR. Eckel, Jan; Moyn, Samuel; Nathans, Benjamin. The Disenchantment of Socialism: Soviet Dissidents, Human Rights, and the New Global Morality // The Breakthrough: Human Rights in The 1970s. Philadelphia: University of Pennsylvania Press. 2014. 33–48:39. ISBN 978-0-8122-0871-9. İstifadə tarixi: 2015-11-27.[ölü keçid]