SSRİ-də insan hüquqları komitəsi (rus. Комите́т прав челове́ка в СССР) ― 1970-ci ildə dissident Valeri Çalidze tərəfindən Andrey Saxarov və Andrey Tverdoxlebov ilə birlikdə təsis edilmiş təşkilat.[1]
SSRİ-də insan hüquqları komitəsi | |
---|---|
Комитет прав человека в СССР | |
Növü | Birlik, QHT |
Fəaliyyəti | İnsan hüquqlarına nəzarət |
Yaranma tarixi | 11 noyabr 1970 |
Yarandığı yer | Moskva, SSRİ |
Qurucusu | Valeri Çalidze, Andrey Saxarov, Andrey Tverdoxlebov |
Valeri Çalidze samizdat nəşr olan "Sosial Problemlər" jurnalını nəşr edən yazıçı və dissident, Andrey Saxarov isə Sovet İttifaqının atmosferdə nüvə sınaqları planlarına açıq şəkildə qarşı çıxan tanınmış sovet nüvə fiziki idi. Saxarov 1968-ci ildə "Tərəqqi, birgəyaşayış və intellektual azadlıq" kitabını nəşr etmiş və insan hüquqlarının rolunu vurğulayaraq nüvə tərksilahına çağırış etmişdir. Nəticədə onun "professor" adı Sovet hakimiyyəti tərəfindən ləğv edilib. Saxarov Sovet İttifaqında insan hüquqlarının sözçüsü idi. Təşkilatın üçüncü təsisçisi isə fizik Andrey Tverdoxlebov idi.
Komitəyə daha sonralar riyaziyyatçı İqor Şafareviç də qoşulub. Riyaziyyatçı Aleksandr Yesenin-Volpin və fizik Boris Zukerman isə qrup üçün hüquq eksperti olmuşdurlar. Yazıçı Aleksandr Soljenitsın və dissident yazıçı Aleksandr Qaliç komitənin fəxri üzvü idilər.[2]:293[3] Komitəyə Qriqori Podyapolski də qoşulmuşdu.[4] Komitənin digər tanınmış üzvləri arasında Yelena Bonner və Pavel Litvinov da var idi.[1]
Sələfi olan SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə fəaliyyət qrupundan fərqli olaraq, komitə təsisi zamanı müəyyən edilmiş çərçivədə fəaliyyət göstərirdi. Bu komitə “ölkə qanunlarına uyğun fəaliyyət göstərən yaradıcı bir birlik” kimi təyin edilmişdi. Komitənin məqsədləri onun təsis bəyanatında verilmişdir:[5]:77[6]
Komitə gizli məhkəmələrə, ölüm cəzasına və cəza psixiatriyasına qarşı çıxırdı.[7] Komitə xüsusilə Sovet dövlətini devirməyə çalışan təşkilatlarla hər hansı əməkdaşlığı rədd edirdi.[5]:78
Komitə Sovet İttifaqında beynəlxalq təşkilata üzv qəbul edilmiş ilk müstəqil birlik idi. 1971-ci ilin iyununda o, İnsan Hüquqları Beynəlxalq Cəmiyyətinin və Beynəlxalq İnsan Hüquqları İnstitutunun filialına çevrilmişdir. Komitə həmçinin, Beynəlxalq Hüquq İnstitutunun üzvü olub.[1][2]:294
Komitə SSRİ DTK tərəfindən daimi olaraq nəzarətdə saxlanılırdı.[4] DTK rəhbəri Yuri Andropov 1 mart 1973-cü il tarixində Mərkəzi Komitəyə təqdim etdiyi hesabatda yazırdı: "1972-ci ildə DTK-nın həyata keçirdiyi tədbirlər nəticəsində İnsan Hüquqları Komitəsi adlanan qurumun anti-ictimai fəaliyyəti azaldılmışdır. Bu tədbirlərə Çalidzenin reputasiyası ilə barışmaq, onu Sovet vətəndaşlığından məhrum etmək [ABŞ-a səfəri zamanı], komitə üzvləri və komitəyə rəğbət göstərənlər arasında fikir ayrılığı və nifaq yaradaraq Tverdoxlebovun istefasına səbəb olmaq daxildir."[4]
Saxarovun xatirələrinə görə, 1973 və 1974-cü illərdə o, Qriqori Podyapolski və İqor Şafareviç mütəmadi olaraq onun mənzilində görüşməyə və komitənin insan hüquqlarının pozulması hallarının sənədləşdirilməsi üzrə işini davam etdirməyə davam ediblər. Bir neçə hesabat hazırlansa da, o vaxta qədər onlar komitənin artıq faydalı olmadığını hiss etməyə başlamışdırlar.[4]