Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Sabiqlər — tammetrajlı Azərbaycan televiziya tamaşası.[1][2] Rejissor Ələkbər Kazımovski tərəfindən 1999-cu ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Filmdə hadisələr sabiq vəzifə sahiblərinin ailəsində və ətrafında cərəyan edir. Əsas rolları Səyavuş Aslan, Yaşar Nuri, Elxan Ağahüseynoğlu, Kübra Əliyeva,Firəngiz Mütəllimova, Səidə Quliyeva və Məcnun Hacıbəyov ifa edirlər. Əsərin müəllifi Seyfəddin Dağlıdır.[3]
Sabiqlər | |
---|---|
Janr | komediya |
Rejissor | Ələkbər Kazımovski |
Əsərin müəllifi | Seyfəddin Dağlı |
Baş rollarda | Səyavuş Aslan, Yaşar Nuri,Elxan Ağahüseynoğlu,Kübra Əliyeva,Firəngiz Mütəllimova,Səidə Quliyeva,Məcnun Hacıbəyov,Mahirə Yaqubova,Şövqi Hüseynov,Nofəl Vəliyev |
Operator | Aydın Mansurov |
Montajçı | Nasir Salamov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 1999 |
Filmin növü | Tammetrajlı Televiziya Film-Tamaşası |
Müddət | 74 dəqiqə |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Film-tamaşada hadisələr sabiq vəzifə sahiblərinin ailəsində və ətrafında cərəyan edir. Belə ki, sabiq nazir (Səyavuş Aslan), sabiq rəis(Yaşar Nuri), sabiq müdir(Elxan Ağahüseynoğlu) sərxoşluqa mübtəla olduqda, əvvəla, qəm dəryasına düçar olur, daha sonra vəzifələrini əldən verdiklərini unudurlar, xülasə, məhzəkədən yan ötməyən vəziyyət yaranır. Hadisələr məhz vəzifə sahiblərinin sabiqliyinin bərqərar olması ilə üz verir.(Sabiqlərin Fərəc dayının evinə qonaqlığa gəlməsi ilə) Sabiqlər vəzifə sahibi olduğu zamanları xatırlayaraq, hərçənd onlardan biri bəd rəftarına, digəri həyatdan geri qaldığına, bir digəri isə nəfsli olduğuna görə işdən azad edilmişdi, fəqət özxoşuna vəzifədən imtina etdiklərini dilə gətirirdilər. Film-tamaşada nəinki sabiqlər, o cümlədən onların xanımları da ötən günləri xatırlayıb indiki vəziyyətlərindən gileylənirlər. Seyfəddin Dağlının "Sabiqlər" əsərində olduğu kimi film-tamaşada da zəmanənin etinasız, acgöz, milli məfkurəyə yad vəzifə sahibləri təndiq edilir, gülüş obyektinə çevrilir.
Əsərin müəllifi: Seyfəddin Dağlı
Rejissor: Ələkbər Kazımovski
Operator: Aydın Mansurov
Səyavuş Aslan — sabiq nazir
Yaşar Nuri — sabiq rəis
Elxan Ağahüseynoğlu — sabiq müdir
Kübra Əliyeva — sabiq nazirin xanımı
Firəngiz Mütəllimova — sabiq rəisin xanımı
Səidə Quliyeva — sabiq müdirin xanımı
Məcnun Hacıbəyov — Fərəc dayı
Mahirə Yaqubova — Fərəc dayının xanımı
Şövqi Hüseynov — Gündüz (Ayazın dostu)
Nofəl Vəliyev — Ayaz(Fərəc dayının oğlu)