Rövşən Çingiz oğlu Nəcəf (9 aprel 1982, Bakı) – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti,[1] Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti,[2] Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti (fevral–iyul 2022),[3] Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin birinci müavini (2020–2021),[4] Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini (2020–2021),[5] 3-cü dərəcəli dövlət müşaviri, Neftçidə Müşahidə Şurasının sədri.
Rövşən Nəcəf | |
---|---|
Vəzifədədir | |
21 iyul 2022-ci ildən | |
Prezident | İlham Əliyev |
Əvvəlki | Rövnəq Abdullayev |
Vəzifədədir | |
2 aprel 2024-cü ildən | |
Əvvəlki | Rövnəq Abdullayev |
10 fevral 2022 – 21 iyul 2022 | |
Prezident | İlham Əliyev |
24 dekabr 2021 – 10 fevral 2022 | |
Prezident | İlham Əliyev |
11 fevral 2020 – 24 dekabr 2021 | |
Prezident | İlham Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 aprel 1982 (42 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili |
Azərbaycan Dövlət İqtisad Universiteti (B) Kolumbiya Universiteti (M) |
Rövşən Nəcəf 9 aprel 1982-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2003-cü ildə isə magistr dərəcələri üzrə fərqlənmə ilə bitirmişdir.
2007–2008-ci illərdə ABŞ-nin Kolumbiya Universitetində "İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecmenti və Siyasəti" üzrə magistr proqramını tamamlamışdır.
İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Evlidir, 2 övladı var.
Rövşən Nəcəf 2024-cü il aprelin 2-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası prezidenti seçilib[8].