Sahib Əhmədov (həkim)

Sahib Həsən oğlu Əhmədov (1943, Masallı) — Alim, Dosent,Tibb universtetinin ictimai sağlamlıq fakültəsi Həmkarlar İttifaqı təşkilatının sədri.

Sahib Əhmədov
Əhmədov Sahib Həsən oğlu
Doğum tarixi
Doğum yeri Azərbaycan Azərbaycan SSR , Masallı rayonu, Qasımlı kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycan türkü
İxtisası Sanitariya həkimi
Təhsili Azərbaycan Tibb Universiteti
Fəaliyyəti 1960-1962 Feldşer-laborant, 1992-ci ildən (dosent)
Mükafatları "Həmkarlar İttifaqında xidmətlərinə görə" medalı

Həyatı[redaktə | mənbəni redaktə et]

Əhmədov Sahib Həsən oğlu 1943-cü ildə Azərbaycan SSR, Masallı rayonu, Qasımlı kəndində anadan olub. Yeddioymaq kənd orta məktəbini bitirib. Həkimliyə olan sevgisi onu Bakı Tibb Məktəbinə gətirib. Orta ixtisas təhsilini başa vurduqdan sonra Masallının ən ucqar kəndlərində, YolağacZuvandda feldşer işləyib. 1966-cı ildə Tibb universitetinə qəbul olub. 1972-ci ildə universteti bitirib və Masallı rayonunda sanitariya həkimi kimi işləyib. 1975-ci ilə kimi sanitariya şöbəsinin müdiri vəzifəsində işləyib. 1975-ci ildə kafedraya assistent seçilir. 1984-cü ildə "Azərbaycan Respublikası Subtropik şəraitində tərəvəzçilərin əməyinin fizioloji-gigiyenik xarakteristikası" mövzusunda dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-ci ildən dosent vəzifəsində çalışır. 2006-cı ildən tibb universtetinin ictimai sağlamlıq fakültəsi Həmkarlar İttifaqı təşkilatının sədridir. 2010-cu ildə Həmkarlar İttifaqı Konfederasiyasının "Həmkarlar İttifaqında xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur. Hazırda Azərbaycan tibb unversitetində dosent vəzifəsində çalışır.[1].

Kitabları[redaktə | mənbəni redaktə et]

İndiyədək 80-dən artıq elmi əsər nəşr etdirmişdir ki, onların sırasında ilk dəfə nəşr olunan 432 səhifəlik "Kütləvi tibb ensiklopediyası", iki monoqrafiya, bir 264 səhifəlik izahlı lüğət, 3 dərslik, 4 metodik göstəriş və sair vardır. Tibb elminə aid bir neçə dərslik, elmi ədəbiyyatın redaktorudur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Sahib Əhmədov Həsən oğlu" (az.). [1]. 2019-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-01.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]