Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 7 saniyə əvvəl Sura Shukurlu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Sahib Həsən oğlu Əhmədov (1943, Masallı) — Alim, Dosent,Tibb universtetinin ictimai sağlamlıq fakültəsi Həmkarlar İttifaqı təşkilatının sədri.
Sahib Əhmədov | |
---|---|
Əhmədov Sahib Həsən oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR , Masallı rayonu, Qasımlı kəndi |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan türkü |
İxtisası | Sanitariya həkimi |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Fəaliyyəti | 1960-1962 Feldşer-laborant, 1992-ci ildən (dosent) |
Mükafatları | "Həmkarlar İttifaqında xidmətlərinə görə" medalı |
Əhmədov Sahib Həsən oğlu 1943-cü ildə Azərbaycan SSR, Masallı rayonu, Qasımlı kəndində anadan olub. Yeddioymaq kənd orta məktəbini bitirib. Həkimliyə olan sevgisi onu Bakı Tibb Məktəbinə gətirib. Orta ixtisas təhsilini başa vurduqdan sonra Masallının ən ucqar kəndlərində, Yolağac və Zuvandda feldşer işləyib. 1966-cı ildə Tibb universitetinə qəbul olub. 1972-ci ildə universteti bitirib və Masallı rayonunda sanitariya həkimi kimi işləyib. 1975-ci ilə kimi sanitariya şöbəsinin müdiri vəzifəsində işləyib. 1975-ci ildə kafedraya assistent seçilir. 1984-cü ildə "Azərbaycan Respublikası Subtropik şəraitində tərəvəzçilərin əməyinin fizioloji-gigiyenik xarakteristikası" mövzusunda dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-ci ildən dosent vəzifəsində çalışır. 2006-cı ildən tibb universtetinin ictimai sağlamlıq fakültəsi Həmkarlar İttifaqı təşkilatının sədridir. 2010-cu ildə Həmkarlar İttifaqı Konfederasiyasının "Həmkarlar İttifaqında xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur. Hazırda Azərbaycan tibb unversitetində dosent vəzifəsində çalışır.[1].
İndiyədək 80-dən artıq elmi əsər nəşr etdirmişdir ki, onların sırasında ilk dəfə nəşr olunan 432 səhifəlik "Kütləvi tibb ensiklopediyası", iki monoqrafiya, bir 264 səhifəlik izahlı lüğət, 3 dərslik, 4 metodik göstəriş və sair vardır. Tibb elminə aid bir neçə dərslik, elmi ədəbiyyatın redaktorudur.