Sahibkar kapitalı

Sahibkar kapitalı (rus. Собственный капитал) — mənfəət əldə etmək məqsədilə birbaşa və ya dolayı yolla istehsala yatırılan vəsaitdir. Sahibkar kapitalı kimi bir qayda olaraq özəl kapital istifadə edilir. Amma bəzən dövlət və ya dövlətə məxsus olan müəssisə də xaricdə vəsait qoyuluşunu həyata keçirir.[1]

Kapitalın sxemi

XX əsrin sonuna dünya təsərrüfatında miqrasiya edən kapitalın 60%-dən çoxu özəl subyektlərə — korporasiyalara, transmilli şirkətlərə, banklara, sığorta, investisiya şirkətlərinə, pensiya fondlarına məxsus idi. Son onillikdə kapitalın beynəlxalq hərəkətində bankların payının azalması tendensiyası və eyni zamanda transmilli şirkətlərin kapitalının payının artımı meyli müşahidə edilməkdədir.[2]

Sənayecə inkişaf etmiş ölkələr arasında miqrasiya edən kapitalın 80%-i özəl kapitaldır və onun həcmi getdikcə artır. 1990-cı illərdə dünya təsərrüfatında hərəkət edən kapitalda dövlət kapitalının həcmi 20% həcmində qiymətləndirilir.[3]

  1. Cue, Tax. "Security Premium Reserve Meaning with Example in Accounting". Cuetax. Cuetax. 1 September 2023. İstifadə tarixi: 1 September 2023.[ölü keçid]
  2. Maitland, F. W. Equity, Also, the Forms of Action at Common Law. 1909.
  3. "How to calculate total equity". AccountingTools (ingilis). İstifadə tarixi: 2021-02-03.