Sosial kapital

İctimai kapital — bir-biri ilə qarşılıqlı əlaqədə olan fərdi kapitalların məcmusu.

İctimai kapital da fərdi kapital kimi əməklə kapital arasındakı istehsal münasibətlərini ifadə edir. Lakin fərdi kapitaldan fərqli olaraq ictimai kapital bütövlükdə proletar sinfi ilə bütövlükdə burjua sinfi arasındakı istehsal münasibətlərinin ifadəsidir. İctimai kapitalın hərəkəti fərdi kapitalların dövriyyəsinin nəticəsi olub, istehsal və tədavül sahəsində yaranır. İctimai kapital üç formada - pul kapital, məhsuldar kapital və əmtəə kapital formasında olur. İctimai kapitalın hərəkətinin məqsədi izafi dəfər mənimsəməkdir. İctimai kapitalın artması ilə istehsalın ictimailəşmə dərəcəsi də yüksəlir; bu, kapitalizmin əsas ziddiyyətini kəskinləşdirir, yeni ictimai-inqtisadi formasiyaya keçid hazırlayır. İstehsalın ictimai xarakteri ilə mənimsəmənin xüsusi kapitalist forması arasındakı ziddiyyət ictimai kapitalın təkrar istehsalına siklik xarkter verir və labüd ifrat istehsal böhranlarına səbəb olur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]