Samin Baghtcheban

Səmin Bağçaban (fars. ثمین باغچه‌بان‎), (24 sentyabr 1923, Təbriz19 mart 2008, İstanbul) İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçıtərcüməçi.[1][2]

Səmin Bağçaban
Ümumi məlumatlar
Doğum tarixi 24 sentyabr 1923(1923-09-24)
Doğum yeri
Vəfat tarixi 19 mart 2008(2008-03-19) (84 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Atası Cabbar Əsgərzadə
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, dilçi, şair, tərcüməçi, yazıçı
Fəaliyyət illəri 1944-cü ildən
Təhsili
  • Hacəttəpə Universiteti Ankara Dövlət Konservatoriyası[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1925-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Səmin Bağçaban, İranda ilk dəfə olaraq uşaq bağçası və karlar üçün məktəb təsis edən Cabbar Bağçabanın oğludur. Atasının işlərinə görə ŞirazTehran şəhərlərində böyümüşdür.

Yazıçı, bəstəkar, tərcüməçimusiqiçi olmuşdur. 1984-cü ildə Türkiyəyə köçmüş və burada yaşamağa başlamışdır. Türkiyəyə gəldikdən sonra Ankaradakı təhsil illərindən tanıdığı türk opera müğənnisi və musiqiçisi Evelin Bağçaban ilə ailə həyatı qurmuşdur.[2]Türkiyə dövründə bir çox əsərlər yazmış və tərcümələr etmişdir. Bəstələdiyi musiqilərdən bir qismi İsveçrədə Mənuçöhr Şahbay tərəfindən ifa edilmişdir.[3]

2008-ci ilin 19 martında İstanbulda vəfat etmişdir.

Atasının işlərinə görə müxtəlif şəhərlərdə yaşamış Səmin Bağçaban ilk və orta təhsilini də müxtəlif şəhərlərdə almışdır. İlk musiqi təhsilinə Tehran Musiqi Konservatoriyasında almışdır.[4] 1944-cü ildə Ankara Dövlət Konservatoriyasında təqaüdlə təhsil alma şansı qazanmışdır.[3] Buradakı təhsilini bitirdikdən sonra 1949-cu ildə İrana geri dönmüş və Konservatoriyada dərs deməyə başlamışdır. Gələcək həyat yoldaşı və opera müğənnisi Evelin Bağçabanla da burada təhsil alarkən tanış olmuşdur.[5]

Karyerası ərzində İran xalq musiqisi və mifologiyası ilə bağlı bir çox bəstələri olmuşdur. Ən məşhur əsəri Rangin Kamoon (Göyqurşağı) adlanır. Bu əsər uşaqlar üçün kompozisiyaların kolleksiyalarından (xororkestr şəklində) ibarətdir. Səmin Bağçaban bu əsəri 1978-ci ildə Vyanada bəstələmişdir. Digər bəstələri:

  • Səs və piano üçün İran bəstələri

4 hissədən ibarətdir:

  1. Rübai No. 1: Do Zolfoonet (Sənin iki hörüyün) (1950), mətin: Baba Tahir (XI əsr fars şairi),
  2. To Ra Mikham (Mən səni istəyirəm), mətin: folklor,
  3. Sorood-e Saba (Səbanın nəğməsi) (1956), mətin Sədi (XIII əsr fars şairi),
  4. Gahvareh-ye Khali (Boş beşik) (1957), mətn: bəstəkarın özü.

Bu əsər 2018-ci ildə, bəstəkarın 10-cu ildönümü münasibətilə nəşr edilmişdir.[6]

  • Sholeyl (orkestr üçün)
  • Boumivar (orkestr üçün)
  • Chaharshanbeh-Souri

Bağçaban müxtəlif İran folk musiqisini xor oxumaq üçün bəstələmişdir. Onun bu bəstələrinin bəziləri Tehran Xoral qrupuFərah Xor qrupu tərəfindən 1960–1970-ci illərdə oxunmuşdur.[7]

Ədəbi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1948–1979-cu illər ərzində Bağçaban bəstəkar fəaliyyəti ilə yanaşı, həmçinin xüsusi kitabların tərcüməsi ilə məşğul olmuş və özü də əsərlər yazmışdır. Türk müəlliflərdən Nazim Hikmət, Yaşar KamalAziz Nesindən tərcümələr etmiş və İran cəmiyyətini onlarla tanış etmişdir.[8]

1963-cü ildə Lili Ahi, Turan Mirhadi, Abbas Yamini Şərifi kimi təhsil metodistləri və müəllimləri ilə birlikdə İran Uşaq Ədəbiyyatı Şurasını yaratmışdır. Bu şuranı yaratmaqda məqsəd isə İranda uşaq ədəbiyyatını təkmilləşdirmək olmuşdur.[9]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Uşaqlığımızın Göy qurşağı idi...;Səmin Bağçabanın xatiri üçün" (fars). BBC. 6 aprel 2008. 2013-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2012.
  2. 1 2 "www.radiozamaneh.org". 2008-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-19.
  3. 1 2 Samin Baghtchehban. Snapshots from My Father (چهره هایی از پدرم) (Persian). 2003. ISBN 964-341-209-1.
  4. "10th Death Anniversary: Samin Baghcheban's Manuscripts to be Published". BBC Persian. 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
  5. "Opera singer Evelyn Baghcheban dies in Istanbul". Tehran Times. 2011-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-02.
  6. "10th Death Anniversary: Samin Baghcheban's Manuscripts to be Published". BBC Persian. 2018-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
  7. "First Ever Release of 1978 Farah Choir Recording". Payvand. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.
  8. "Norouz is not coming!" (Persian). Harmonytalk music magazine. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-02.
  9. "Children VII. Children's Literature". Iranica. 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]