Samirə Ələkbərova (Samirə Oqtay qızı Ələkbərova; 20 may 1985, Bakı) - AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi, Coğrafiya üzrə fəlsəfə doktoru.
Samirə Ələkbərova | |
---|---|
Doğum tarixi | 20 may 1985 (38 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili |
Samirə Ələkbərova 20 may 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib. "Azərbaycan Respublikasının təsərrüfatına sel hadisəsinin təsirinin iqtisadi-coğrafi tədqiqi" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.
İnstitutda Gənc Alimlər Şurasının sədri.
Azərbaycan Respublikası ərazisində sel təhlükəliliyinin iqtisadi-coğrafi qiymətləndirilməsi ayrı-ayrı inzibati rayonlar daxilində hövzə təhlili prinsipinə əsasən aparılmışdır. İlk dəfə olaraq, aerokosmik şəkillərin (AKŞ) deşifrlənməsi, statistik rəqəmlərin müqayisəli təhlili, xəritələşdirmə və digər metodlar ilə respublikanın selli çay hövzələrində sellərin təsərrüfata təsiri öyrənilmiş, çöl tədqiqatları əsasında məskunlaşma areallarında sel təhlükəsi müəyyənləşdirilmişdir. İlk dəfə olaraq, Dövlət Proqramlarının tələblərinə uyğun olaraq sellərin təsərrüfata təsirinin iqtisadi-coğrafi tədqiqində tətbiq olunmuş, sosial sığortanın təsərrüfat sahələrinin və əhalinin sel hadisəsindən mühafizə edilməsindəki rolu və perspektivliyi araşdırılmışdır.
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı - 32
xaricdə çıxmış elmi əsərlərinin sayı - 10
1. Динамика усиления селеопасности в горных регионах и их воздействие на природно-хозяйственную систему (на примере Азербайджанской части Большого Кавказа) / Вестник Вороженского Государственного Университета, 2014.
2. Антропогенная активизацая опользневых процессов в азербайджанской части Большого Кавказа / IV Меж. Конфиренция "Наука" образование Германия, 2013 г., с. 111-117.
3. Природные и антропогенные факторы в проявлении катастрофических процессов рельефообразования в азербайджанской части Большого Кавказа / Материалы Международный Науч.-практ. Конференции "УП Жандаевские чтения". Алматы, 2013, с. 39-43.