Samir Vəliyev (Samir Teymur oğlu Vəliyev; 1962, Bakı) — iqtisad elmləri namizədidir, energetika nazirinin müavini.[1]
Samir Vəliyev | |
---|---|
Samir Teymur oğlu Vəliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | beynəlxalq iqtisadi münasibətlər və ingilis dili tərcüməçisi |
Təhsili | Kiyev Dövlət Universiteti |
Mükafatları |
Samir Vəliyev 1962-ci ildə Bakı şəhərində iqtisadçı akademik Teymur Vəliyevin ailəsində anadan olub.
1984-cü ildə Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və ingilis dili tərcüməçisi ixtisası üzrə bitirib.
1984–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olub.
1992–2017-ci illərdə Xarici İqtisadi Əlaqələr, Ticarət, Dövlət Əmlak, İqtisadi İnkişaf, İqtisadiyyat və Sənaye, habelə İqtisadiyyat nazirliklərində rəhbər vəzifələrdə, o cümlədən aparat rəhbəri vəzifəsində çalışıb. Bu müddət ərzində o, Nazirliyin işlər müdiri olaraq ilk dəfə Nazirlər Kabinetinin 27 mart 2002-ci il tarixli 51 nömrəli Qərarə ilə Kollegiya üzvü təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2002-ci il tarixli 1025 nömrəli Sərəncamı, 14 oktyabr 2004-cü il tarixli 455 nömrəli Sərəncamı və sair sərəncamları ilə Samir Vəliyev müxtəlif dövlətlərarası, hökumətlərarası və idarələrarası komissiyalarda Azərbaycan Respublikasını təmsil edib.
2017-ci ildən Azərbaycan Respublikası energetika nazirinin müavini vəzifəsində çalışır.[1]
Dünya Bankı tərəfindən həyata keçirilən 'Doing business' layihəsi[2] və onun davamı olan 'Əlverişli biznes mühiti' layihəsində[3] energetika sahəsi üzrə işçi qruplara rəhbərlik edir.
2020-cu ildən bəri energetika sahəsində keçirilən hüquqi islahatlar üzrə məsul şəxsdir. Bu islahatlar çərçivəsində "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında"[4], "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında"[5], habelə yeni "Energetika haqqında"[6] və "Elektroenergetika haqqında"[7] qanunlar əsasən bilavasitə S.Vəliyevin kurasiyasında olan hüquqşünaslar tərəfindən ərsəyə gətirilib.
Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışır.
Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il tarixli, 798 nömrəli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[1]
Ailəlidir, 2 övladı var.