Samson Movsesoviç Mkrtumov[1] (əsl soyadı: Mkrtumyan;[2] erm. Սամսոն Մովսեսի Մկրտումյան; rus. Самсо́н Мовсе́сович Мкрту́мов; 15 (28) iyul 1910, Brnakot, Zəngəzur qəzası – 1 noyabr 1943, Qomel) — erməni əsilli SSRİ hərbi pilotu, Sovet İttifaqı Qəhrəmanı, kapitan.
Samson Mkrtumov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 (28) iyul 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 1 noyabr 1943 (33 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Döyüşlər | |
Təltifləri |
|
Samson Mkrtumov 28 iyul 1910-cu il tarixində Rusiya imperiyası tərkibindəki Yelizavetpol quberniyasının Zəngəzur qəzasında yerləşən Brnakot kəndində anadan olmuşdur. O, 1928-ci ildə Bakıya köçmüş, Bibiheybət neft mədənində işləmişdir. Mkrtumov 1931-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. O, 1936-cı ildə Borisoqlebsk Təyyarəçilik Məktəbini bitirmidir. Mkrtumov 1939-cu ildən Sovet Ordusunda xidmət etmişdir. O, Sovet-Finlandiya müharibəsində iştirak etmişdir. Mkrtumov İkinci Dünya müharibəsində eksadrilya komandiri olan Mkrtumov 219 döyüş uçuşu keçirmişdir. O, Qafqaz uğrunda döyüşdə iştirak etmişdir. Mkrtumov 1 noyabr 1943-cü il tarixində Qomel uğrunda döyüşdə həlak olmuşdur.[3]
13 dekabr 1942-ci il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.[3][4]