Sandro Matsola

Alessandro "Sandro" Matsola (it. Alessandro "Sandro" Mazzola; 8 noyabr 1942[1], Turin) — italiyalı keçmiş futbolçu. Müxtəlif dövrlərdə hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. 1968 Avropa çempionu və 1970 milli komanda ilə vitse dünya çempionu. Hal-hazırda RAI-də idman şərhçisi işləyir.

Sandro Matsola
it. Sandro Mazzola
Ümumi məlumatlar
Doğum tarixi 8 noyabr 1942(1942-11-08)[1] (81 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 179 sm
Çəkisi 74 kq
Mövqeyi yarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Öz dövrunun məşhur futbolçusu Valentino Matsolanın oğlu, Ferrucco Matsolanın böyük qardaşı.

Karyerasında ancaq bir klubun, Milanın "İnter" klubunun heyətində çıxış edib. Karyerasında debüt oyunu 10 iyun 1961-ci il tarixində, komandasının "Yuventus" klubuna 1: 9 hesabı ilə məğlub olduğu oyunda olub.

Ümumilikdə "İnter"də 565 oyunda 160 qol vurub. "İnter"in heyətində A Seriyasında isə 418 oyun keçirib və 116 qol vurub.

İtaliya millisində 20 yşında debüt edib. Millidə 70 oyun keçirərək (1963–1974), 22 qol vurub.

  1. 1 2 Sandro Mazzola // Transfermarkt (çd.). 2000.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]