Santyaqo Kalatrava — ispan neo futurizm memarı, layihə mühəndisi, heykəltaraş və rəssam. Onun Nyu Yorkda, Dohada və Sürixdə emalatxanaları var.
Santyaqo Kalatrava | |
---|---|
Santiago Calatrava | |
| |
Doğum adı | Santyaqo Kalatrava Valz |
Doğum tarixi | |
Doğum yeri | Benimamet, Valensiya, İspaniya |
Fəaliyyəti | heykəltaraş, memar, inşaat mühəndisi[d], mühəndis |
Təhsili | |
Janrlar | Heykəltəraşlıq mühəndisi, memar, heykəltaraş |
Tanınmış işləri | |
Üzvlüyü |
|
Mükafatları |
AIA Qızıl Medalı, Heykəltəraş Mühəndislər İnstitutu Qızıl Medalı Yucin Makdermot Mükafatı, Asturiya Şahzadəsi Mükafatı, Auqeste Peres Titulu |
calatrava.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Santyaqo Kalatrava İspaniyada, Valensiyada Benimamet bölgəsində anadan olub. Valensiya İncəsənət Məktəbi və Valensiya Memarlıq Məktəbində təhsil alıb. 1975-ci ildə məzun olduqdan sonra İsveçrənin Sürixdə yerləşən İsveçrə Federal Texnologiya İnstitutuna inşaat mühəndisliyi üzrə doktorantlıq müdafiəsi üçün qəbul oldu. 1981-ci ildə "On the Foldability of Space Frames" doktorantlıq işini verdikdən sonra memarlıq və mühəndislik sahəsində fəaliyyətə başladı.
Kalatravanın ilk işləri daha çox körpü və dəmiryolu stansiyaları dizaynını özündə əks etdirir. Bu layihələri ilə inşaat mühəndisliyi layihələrinə dünya miqyasında nüfuzu qazandırmışdır. 1992 Yay Olimpiya Oyunlarının keçirildiyi Barselonada yerləşən Montjuiç Radio Qülləsi karyerasında dönüş nöqtəsi olmuşdur. Bu əsərin ona qazandırdığı şöhrət ona bir çox ölkədə və müxtəlif layihələrdə fəaliyyət göstərmək şansını əldə etmişdir.
Kalatravanın ABŞ-dakı ilk əsəri Milvauke İncəsənət Muzeyində nümayiş etdirilən 2001-ci ildə hazırladığı Quadracci Pavilyonudur. İsveçin Malmö şəhərində yerləşən 2005-ci ildə tamamlanan Turning Torso adlanan 54 mərtəbəli göydələn Kalatravanın yaradıcılığındakı ilk yüksək mərtəbəli qüllədir.
Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzi binasının yanında yerləşən Dünya Ticarət Mərkəzi Çatdırılma Mərkəzi Kalatravanın inşasına davam etdiyi işlərindən biridir.
Kalatravanın tərzi inşaat mühəndisliyi ilə memarlıq arasında körpü olaraq qeyd edilir. Bu baxımdan o, modern ispan memarlar Feliks Kandela və Antoni Qaudinin yolunu davam etdirir.
Son dövrlərdə layihələndirdiyi göydələnlərdən digəri Nyu York şəhərində yerləşən 80 South Streetdir. Bu göydələn hər biri ayrı bina olan 10 kubun üst-üstə yerləşdirilməsi ilə layihələndirilmişdir. Bu kubların hər biri tikilinin ortasında yerləşən ana sütuna bağlıdır və nərdivan kimi bir-birinin üstündə yerləşməsi nəzərdə tutulmuşdur. Hər kubun öz damı olacaq. Bu səs-küylü layihədə planlaşdırılan hər kubun 30 milyon dollara satılması nəzərdə tutulub. Amma 2008-ci ildən etibarən iqtisadi böhran səbəbindən heç bir təklifin gəlməməsinə görə bu layihə ləğv olundu.
ABŞ-da layihələndirdiyi tikililərdən digəri Çikaqoda yerləşən Çikaqo Spire göydələnidir. İrlandiyalı investor Qarret Kelleherin 2006-cı ilin iyul ayında ərazini alması və Çikaqolu investor Xristofer Karleyin maliyyələşdirməsiylə layihənin inşaatına 2007-ci ilin avqust ayında başlanıldı. 2011-ci ildə təhvil verilməsi gözlənilən göydələn 2000 feet hündürlüyü ilə Şimali Amerikanın ən hündür göydələni olacaq.[2]
Texasın Dallas şəhərində yerləşəndən Tritini çayı üzərində inşa edilməsi planlaşdırılan körpünün də layihəsini Kalatrava hazırlamışdır. Layihə üçün maddi yardım edən Marqaret Hunt Hillin şərəfinə adlandırılan körpünün inşaatı layihənin xərcinin çox olması və kifayət qədər tənqidlərə məruz qalması səbəbi ilə gecikmişdir. Bu layihə tamamlanacağı halda Dallas şəhərində də Niderlandın Haarlemmermeer şəhərində olduğu kimi Kalatravanın layihələndirdiyi üç körpü olacaq.
Kalatravanın son dövrdəki layihələrindən biri də Kanadanın Alberta bölgəsində yerləşən Kalqari şəhərindədir. O, buradakı 130 metr uzunluğunda Sülh körpüsünü layihələndirib. 2009-cu ilin yanvar ayında Şəhər Şurası körpünün tikintisinə icazə verdi. Körpünün 24.5 milyon dollara başa gəlməsi gözlənilirdi. Layihənin 2010-cu ilin payızında tamamlanması gözlənilirdi. 28 iyul 2009-cu il tarixində körpünün son layihəsi hazırlandı və ictimaiyyətə təqdim edildi. Velosiped və piyadalar üçün ayrı yolların olacağı körpüdən gün ərzində 5000 nəfərin istifadə etməsi gözlənilirdi. Körpü 2012-ci ilin mart ayında istifadəyə verildi.[3]
16 iyun 2009-cu ildə Kalatravanın Florida ştatının Lakeland Florida bölgəsində yerləşən Cənubi Florida Universiteti Politexnik Kampusunda növbəti layihəsini həyata keçirəcəyi açıqlandır. İnşa ediləcəyi təqdirdə bu, Kalatravanın ABŞ-nin cənub-qərb bölgəsində hazırlayacağı ilk layihəsi olacaq.
Memarlıq və inşaat mühəndisliyindən əlavə Kalatrava həmçinin rəsmlər çəkir və heykəllər də hazırlayır. 2003-cü ildə Nyu Yorkda yerləşən Metropolitan İncəsənət Muzeyi "Santyaqo Kalatrava: Heykəltəraşlıqdan Memarlığa" adı altında sərgi təşkil etdi.[4] Kalatravanın əsərləri Almaniya, İngiltərə, İspaniya, İtaliya və başqa ölkələrdə də sərgilənir.