Sape boğazı (ind. Selat Sape) — Kiçik Zond adaları akvatoriyasında yerləşən boğaz. Sumbava və Komodo adasını ayırlr. Flores dənizini Sumba boğazı ilə birləşdirir. Olduqca təhlüləliyi ilə seçilir. Burada iti dəniz axınları və qayalıqlar mövcuddur. Aktiv balıqçılıq regionudur. Boğaz ərazinin bir hissəsi Komodo milli parlı ərazisinə daxildir[1] [2] [3]. Suları Dayvinq həvəskarlarını bura cəlb edir.
Sape boğazı | |
---|---|
ind. Selat Sape | |
Ümumi məlumatlar | |
Eni | minimum 19 km |
Uzunluğu | 45 km |
Yerləşməsi | |
8°38′00″ c. e. 119°18′00″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Akvatoriyası |
|
Ayırır | Sumbava adasını Komodo adasından |
|
Boğaz Flores dənizini Sumbava boğazı ilə birləşdirir və Hind okeanına aiddir. Şimaldan cənuba eni 45 km, eni 19 km, msksimal dərinliyi isə 200 m təşkil edir. İti axına malikdir. Bəzən axınların sürəti 18 km/s çatır. Suyunun illik temperaturu 26 °C, duzluğu isə 34 ‰ təşkil edir.
İkinci Dünya müharibəsi dönəmində 1942-ci ilin yanvarında Yaponiya və ABŞ hərbi gəmiləri reydlər etmişlər. 1944-cü ilin noyabrında USS Besugo (SS-321) gəmisi ilə yapon Esminesi arasında hərbi toqquşması baş vermişdir.
Adalar arasında əlaqə yaratmaq məqdədi ilə bərə fəaliyyət göstərir. Turizm yaxşı inkişaf etmişdir. Balıqçılıq əsas gəlir mənbələrindəndir. İl ərzində 15 ton balıq hasilatı həyata keçirilir.