Kiçik Zond adaları (ind. Kepalauan Nusa Tenggara, port. Pequenas Ilhas da Sonda) — Malay arxipelaqına daxil olan adalar qrupu. Böyük Zond adaları ilə birlikdə Zond adalarını təşkil edir.
Kiçik Zond adaları | |
---|---|
ind. Kepalauan Nusa Tenggara, port. Pequenas Ilhas da Sonda | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi | 87000 km² |
Hündür nöqtəsi | 3726 m |
Əhalisi | 14.000.000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
9° c. e. 120° ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kiçik Zond adaları adaları altı iri və çoxlu sayda kiçik adalardan ibarətdir. Yava adasından şərqdə yerləşir. Sahəsi 87-min km², əhalisi 14 milyon nəfər təşkil edir. Ən iri adaları Bali, Lombok, Sumbava, Flores və Timor adalarıdır. Flores adasından cənubda Sumba adası yerləşir. Kiçik Zond adaları kifayət qədər dağlıq əraziyə sahibdir. Səbəb vulkanik məşhəlli olmasıdır. Adalar qrupunun ən hündür nöqtəsi Lombok adasında yerləşən Pincani dağıdır. Onun hündürlüyü 3726 metr təşkil edir.
Bali və Lombok adaları arasında Volles xətti yerləşir. Bu xətt Asiya və Avstraliyanı ayırır[1]. Komodo adası isə Komodo varanı ilə bütün dünyada tanınır.
Kiçik Zond adalarının böyük qismi İndoneziya ərazisinə daxildir. Timor adasının şərqində isə Şərqi Timor yerləşir. Kiçik Zond adalarının İndoneziyaya daxil ərazisi üç vilayətə bölünür: Bali, Qərbi Kiçik Zond adaları və Şərqi Kiçik Zond adaları:
Adalar kənd təsərrüfatı məhsulları ilə tanınır. Burada düyü və Kofe yetişdirilir. Faydalı qazıntılardan neft, dəmir, marqans və mis çıxarılır.