Saqopşi

Saqopşi (inquş Соагӏапче) — İnquşetiya Respublikasının Malqobek rayonunda yerləşən kənd.[3][4]

Saqopşi
Сагопши
43°28′50″ şm. e. 44°35′23″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1863
Sahəsi
  • 120 km²
Mərkəzin hündürlüyü 397 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.004 nəf. (2024)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 386340
Saqopşi xəritədə
Saqopşi
Saqopşi

Kənd Alxançurt dərəsində, Sunjenski silsiləsinin şimal yamacında, Malqobek şəhərinin rayon mərkəzindən cənubda və Maqas şəhərindən 60 km şimal-qərbdə yerləşir.

Ən yaxın yaşayış məntəqələri: şimalda — Malqobek şəhəri, şimal-şərqdə — Yujnoye kəndi, şərqdə — Zyazikov-Yurt, cənub-şərqdə — Aşağı Açaluk və cənub-qərbdə — Psedaxİnarki kəndləri.[5]

Ən yaxın qatar stansiyaları bir-birindən eyni uzaqlıqda olan Nazran, TerekŞimali Osetiyanın şəhəri Mozdokda yerləşir.

Bölgənin iqlimi mülayimdir. Orta temperatur +11 ° C-dir. Ən isti ay avqust (24 ° C), ən soyuq ay yanvar (-6 ° C)-dır. Orta yağıntının miqdarı ildə 893 millimetrdir. İyul ayında 134 millimetr yağıntı düşsə də, avqustun sonuna doğru isə sadəcə 36 millimetr yağıntı düşür.

1863-cü ildə o vaxtkı Kiçik Kabarda dağlıq ərazisindəki Psiqobja çayında, bir-birindən təxminən 3 km məsafədə iki yeni yaşayış məntəqəsi meydana gəldi[6]- Eldarxan-qala kəndlərindən köçənlərin məskunlaşdığı Sokalo Bokova aulu (Yuxarı Saqopş) və əsasən Tarskaya vadisindən (Abrekovo kəndi) gələn köçkünlər tərəfindən məskunlaşılan Alamkaç Qataqacev (Nijni Saqopş).[7]

1865-ci ildə sakinlərinin Türkiyəyə köçməsi səbəbi ilə Tsokalo Bokov kəndi boş idi və tezliklə yurdları digər orsthoylar tərəfindən məskən seçildi, kəndə yeni bir ad verildi — Yeni Ax-Barzoy.[8]

1874-cü ildə məcburi köçürülmə və iki yaşayış məntəqəsinin birləşməsi nəticəsində müasir Saqopşi kəndi meydana gəldi.[9]

1944-cü ildən 1957-ci ilədək olan müddətdə, çeçenlərin və inquşların sürgün edilməsiÇeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğvi zamanı kənd Noqtsard adlandırıldı və Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil edildi.[10] 1958-ci ildə kənd əvvəlki adı — Saqopşi qaytarıldı.

İllərə görə əhali: Saqopşi
(Mənbə: [11][12][13][14][15][11])
İl1926200220062007200820092010201120122013201420152016201720182019
Əhali238110 73811 22111 33611 46111 64610 04810 07610 36010 60410 95011 24711 48711 67511 91812 158

Əhalinin %98.93-ü inquşlar təşkil edir.[16]:

Tanınmış şəxslər

[redaktə | mənbəni redaktə et]

Əhməd Xamiyeviç Bokov — İnquş yazıçı və dramaturqudur.

Qardanov Torko-Hacı — XX əsrin əvvəllərində İnquşetiya Saqopşi və Qadiy kəndlərinin imamı. 1917–1923-cü illər vətəndaş müharibəsi qəhrəmanı.[17].

  1. 1 2 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  3. "Закон Республики Ингушетия от 23 февраля 2009 года № 5-рз «Об установлении границ муниципальных образований Республики Ингушетия и наделении их статусом сельского поселения, муниципального района и городского округа»". 2018-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-23.
  4. "Поиск кодов ОКАТО. Сельское поселение Пседах, Малгобекский район". 2016-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-23.
  5. "Карта Чечни и Ингушетии" (rar). не ранее 1995. 2012-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-02.rar. Объём 8 МБ.
  6. СПРАВКА "К вопросу о границах Республики Ингушетия с Чеченской Республикой" Назрань, 2012г.
  7. Марьям Яндиева, Адам Мальсагов, "Ингушетия и ингуши", Москва, 1999г.
  8. Иванов М.А., "В горах между рр. Фортангой и Аргуном", 1902г.
  9. Рапорт. Начальник Владикавказского округа, отдел 1-й, 18 июля 1872 года, № 4228, г.Владикавказ Начальнику Терской области.
  10. В Президиум Верховного Совета РСФСР. Президиум Верховного Совета Северо-Осетинской АССР просит утвердить его постановление о переименовании населённых пунктов в новых районах, вошедших в состав Северо-Осетинской АССР… Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine (см. документ № 99)
  11. 1 2 "Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2019 года" (rus). Федеральная служба государственной статистики. January 1, 2019. July 19, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  12. "Россия / Rossija". pop-stat.mashke.org (ingilis). January 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  13. "Том 1. Численность и размещение населения". www.gks.ru (rus). Федеральная служба государственной статистики. September 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  14. "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2012. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  15. "ЧИСЛЕННОСТЬ НАСЕЛЕНИЯ РОССИЙСКОЙ ФЕДЕРАЦИИ". www.gks.ru (rus). Федеральная служба государственной статистики. January 1, 2013. May 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2019.
  16. "Том 4. Таблица 04-04. Население Ингушетии по национальности и владению русским языком". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-04.
  17. Боков А. Торко-Хаджи Гарданов // Грозненский рабочий. 1988. 5 ноября. Стр. 3.