Saqqız sancağı

Saqqız Sancağı və ya Xios — ikinci səviyyəli Osmanlı vilayəti (sancak və ya liva). Sancağın mərkəzi Egey dənizinin şərqindəki Xios (Saqqız) adasında yerləşib. Yunan dilində ada Xios adlanır. Türklər isə adaya burda bitən məhsula, saqqız ağacına görə belə ad veriblər.[1]

Osmanlı imperiyasının Sancağı
Saqqız sancağı
türk. Sakız Sancağı
Bayraq
Bayraq
 
 
1566 — 1912

Paytaxt Xios
Rəsmi dilləri türk dili, yunan dili
Dövlət dini xristianlıq
Ərazisi 842.3 km2
Əhalisi yunanlar
İdarəetmə forması vassallıq
XVI əsrdə Saqqız adası

1346-cı ildən Genuya Respublikasının mülkiyyətində olan Saqqız adaları (və ona bitişik Psara və İnous adaları) 1566-cı ildə Kapitandərya Piyalə Paşanın komandanlığında Osmanlı donanması tərəfindən müqavimətsiz şəkildə ələ keçirildi. Bu bir il əvvəl Maltanı tuta bilməməyin əvəzini çıxmaq üçün edildi. Çünki Malta hücumu zamanı adadan Malta cəngavərlərinı kömək göndərilmişdi.[2]

Saqqızın Osmanlı torpaqlarına qatılması ilə keçmiş Bizans imperiyasının son Genuya koloniyası da yox oldu. Piyalə Paşa Saqqız şəhərinə daxil olduqdan sonra kilsələrdən birini məscidə çevirib və Qanuni I Süleyman adına xütbə oxutdu. Adaya sancaq statusu verildi və o Arxipelaq Əyalətinin bir hissəsi oldu. Kırşəhər bəyi Qəzənfər bəyi 50.000 akça qarşılığında adaya sancaq bəyi göndərdilər.

Eyni zamanda adaya qadı, imam, hatip və müəzzin təyin edildi. Bundan başqa, Sakız adası xalqının məhkəmədəki işlərini asanlaşdırmaq məqsədi ilə tərcüməçi vəzifəsi təsis edildi. Osmanlı administrasiyası qurulandan sonra Sakız adasında qeydiyyat aparıldı. Bunun nəticələrini əks etdirən 1566-cı il tarixli iki reyestrdən birincisində adanın 8 şəhər, 31 məhəllə, 52 kənd və 58 monastırdakı mülkləri hesablanmışdı. 1567-ci ildə edilən ikinci siyahıyaalmada təsərrüfat və cizyənin miqdarı müəyyən edilmişdir. Yenə Saqqız adasının ələ keçirilməsindən bir müddət sonra Fransanın İstanbuldakı səfirinin xahişi ilə bir fərmanla adadan sürgün edilən katoliklərin geri qayıtmasına və öz kilsələrinə sahib olmasına icazə verildi. Sakız adasının katolik sakinlərinin bir hissəsi Qalatada (1453-cü ilə qədər keçmiş Genuya koloniyası) məskunlaşdı.[3]

Sonrakı illərdə

[redaktə | mənbəni redaktə et]
Xios adasında Genuya qalası

1599-cu ildə Florensiyalıların hücumu və 1694-1695-ci illərdəki Moreya müharibəsi zamanı venesiyalıların qısamüddətli işğalı,o cümlədən 1768-1774-cü illər Rusiya-Osmanlı müharibəsi zamanı Rusiyanın bölgədəki hərəkətləri istisna olmaqla, Saqqız adası dinc əyalət olaraq qaldı. Saqqız adası yalnız Yunan üsyanı başlayanda yenidən ciddi siyasi və hərbi toqquşma meydanı oldu.

Bu müddət ərzində Anadolu malları üçün əsas ticarət mərkəzi və əsas ixrac nöqtəsi rolunu (XVII əsrdə materik liman şəhəri Smirnanın bu funksiyanı ondan almasına qədər bu rolu yerinə yetirdi) oynayırdı. Eləcə də özünəməxsus saqqız məhlulu istehsalı (Sultanın hərəmxanasında bu məhsula böyük təlabat vardı) adanın əsas maliyyə təminatını ödəyirdi. Adanın əhalisini əsasən pravoslav yunanlar təşkil edirdi. Adada bir neçə genuya mənşəli katoliklər də var idi. Onların təsir gücü Venesiya işğalı bitəndən sonra xeyli azalmışdı. Osmanlı imperiyasının adada mövcudluğu vali və onun idarəçiləri, həmçinin təxminən 2000 əsgərdən ibarət bir qarnizonu ilə məhdudlaşırdı.

Xios 1822-ci ildə ciddi dağıntılara məruz qaldı. Belə ki, Yunan üsyanına qoşulan ada Osmanlı imperiyası idarəetməsindən çıxdı.[4] Buna cavab olaraq Osmanlı qoşunları adaya eniş etmiş, üsyanı amansızcasına yatırmışdı. Yerli əhali arasında itkilərin olması beynəlxalq ictimaiyyətin narazılığına səbəb olmuşdu.

1910-cu il avqust tarixli "Rəsmli Kitab" jurnalında Xios İltihad Clubu üzvləri

Bununla belə, ada ən azı bir qədər əvvəlki rifahını bərpa edə bildi. Ada sancaq olaraq Yunan üsyanının bitməsindən sonra da geniş muxtariyyət statusunu saxladı. 1866-cı ildə Osmanlı inzibati islahatları onu Arxipelaq Əyalətinin daxilində bir sancağa çevirdi. Hətta 1880-1887-ci illərdə Xios adası Arxipelaq Əyalətinin paytaxtı da olub.

1912-ci ildə Saqqız sancağının tərkibinə Sakızın özünün qazı (rayon), Kilimli (Kalimnos), İlerioz (Leros) və Ahikeriya (İkariya) daxil idi. Xios adasında dinc həyat bir də İtaliya-Osmanlı müharibəsi zamanı pozuldu. 1912-cü il mayın 4-də italyanlar Rodos adasına qoşun yeritməyə başladılar. 13 gündən sonra ada da olan Osmanlı qarnizonunun sonuncu əsgərləri təslim oldu. Ümumilikdə bir ay ərzində Dodekanes arxipelaqının 12 adası italyanlar tərəfindən işğal edildi. Osmanlı donanması italyanlara heç bir müqavimət göstərə bilmədi. Dodekanes qrupunun sonuncu, ən şimal adaları 1912-ci ilin yayında italyanlar tərəfindən ələ keçirildi.[5][6] Xios adasının özü 1912-ci ilin noyabrında Birinci Balkan müharibəsi zamanı yunanlar tərəfindən ilhaq edildi.[7]

  1. Ṣaḳi̊z. 8. 889–892. Arxivləşdirilib 2022-09-29 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2022-09-29. İstifadə tarixi: 2023-05-04.
  2. "Chius Vincta or the Occupation of Chios by the Turks (1566) and Their Administration of the Island (1566–1912)", Described in Contemporary Diplomatic Reports and Official Dispatches, Philip P. Argenti, Cambridge (1941), I. Bölüm
  3. "The Papacy and the Levant, 1204-1571, Kenneth Meyer Setton, American Philosophical Society (1984), c.4, s.899
  4. Dadrian, Vahakn N. Warrant for Genocide: Key Elements of Turko-Armenian Conflict. New Brunswick: Transaction Publishers. 1999. səh. 153. ISBN 1-56000-389-8.
  5. Spencer C. Tucker; Priscilla Mary Roberts. World War I: A Student Encyclopedia. səh. 946.
  6. Emigrant nation: the making of Italy abroad Arxivləşdirilib 2023-04-30 at the Wayback Machine, Mark I. Choate, Harvard University Press, 2008, ISBN 0-674-02784-1, page 176.
  7. Fotakis (2005), pp. 45–46
  • Örenç, Ali Fuat (2009). "Sakız Adası". TDV Encyclopedia of Islam, Vol. 36 (Sakal – Sevm) (in Turkish). Istanbul: Turkiye Diyanet Foundation, Centre for Islamic Studies. pp. 6–10. ISBN 978-975-389-566-8.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Chios". Cultural Portal of the Aegean Archipelago. Foundation of the Hellenic World. 20 April 2005. İstifadə tarixi: 2 April 2013.
  • Sarantakou Efi; Misailidou Anna; Beneki Eleni; Varlas Michael. "Chios". Cultural Portal of the Aegean Archipelago. Foundation of the Hellenic World. 20 April 2005. İstifadə tarixi: 2 April 2013.
  • Christopher A. Long – The Series of EventsArxivləşdirilib 2018-04-08 at the Wayback Machine
  • The Massacres of Chios Described in Contemporary Diplomatic Reports, edited and with an introduction by Philip P. Argenti (London: John Lane the Bodley Head Ltd., 1932).