Sara TV — 16 iyun 1995-ci ildə qurulan Azərbaycanın sayca 4-cü özəl televiziya kanalıdır. Sahibi Rəsul Rauf idi. Kanal Rəsul Raufun qızının adı ilə eyni idi. Telekanalın yayım saatlarını əsasən xəbər, əyləncəli verilişlər, idman verilişləri, filmlər və kliplər[2] təşkil edirdi.[3] Sara TV Salatın Əsgərova küçəsi 85 ünvanında yerləşən binadan yayımlanırdı. Həmçinin, "Radio Sara" radiosu və "Sara Ekspress" qəzeti də Sara TV-yə məxsus idi. Şirkətdə 200 nəfər işləyirdi. 9 oktyabr 1999-cu il tarixində saat 11:30 radələrində məhkəmə qərarı olmadan 70-dək silahlı polis tərəfindən kanala basqın edilmişdi.[4][1] Və nəticədə kanalın yayımı dayandırılmışdı. Yayımının dayandırılmasına səbəb telekanalda yayımlanan "Qarabağı unutmayaq!" kəlməsinin olduğu bildirildi. Kanalın rəhbərinin müsahibəsinə görə, telekanalın bağlanması bu cür olmuşdur: hüquq mühafizə orqanları televiziya binasına gəlmiş; həmin vaxt işçilərdən biri hamilə ikən uşağını itirmiş, biri isə benzin töküb özünü yandırmış; köməyə gələn həkim isə həbs edilərək 8 il azadlıqdan məhrum edilmişdi. Hal-hazırda şirkəti Şimali Kipr Türk Respublikası nda"Sara Media Qrupu" adında fəaliyyət göstərir.[1]
Sara TV | |
---|---|
Ölkə | Azərbaycan |
Yayım ərazisi | Azərbaycan |
Dil |
Azərbaycan dili Türk dili Rus dili |
Baş qərargah | Salatın Əsgərova küçəsi 85, Bakı, Azərbaycan |
Yaranma tarixi | 16 iyun 1995 |
Bağlanma tarixi | 9 oktyabr 1999 (saat 11:30)[1] |
Sahibi | Rəsul Rauf |
Rəhbərlik | Rəsul Rauf |
Şüar | Sizin TV |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |