Saratov Hava Yolları reys 703

Saratov Hava Yolları reys 703Rusiyanın Saratov Hava Yollarına məxsus Antonov An-148 tipli təyyarənin 11 fevral, 2018-ci il tarixində Domodedovo aeroportu ilə Orsk aeroportu arasında həyata keçirilməsi planlanan daxili reysi. Təyyarə havalandıqdan qısa bir müddət sonra Stepanovskoye yaşayış məntəqəsi yaxınlığında yerə çaxılmış və təyyarədə olan 65 sərnişin və 6 ekipaj üzvü ilə birlikdə 71 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş vermişdir.

Saratov Hava Yolları reys 703
Qəzaya uğramış RA-61704 qeydiyyat nömrəli təyyarənin qəzadan öncəki şəkili, Domodedovo Aeroportu, Moskva, May, 2017.
Qəzaya uğramış RA-61704 qeydiyyat nömrəli təyyarənin qəzadan öncəki şəkili, Domodedovo Aeroportu, Moskva, May, 2017.
Ümumi məlumatlar
Tarix
Qəza növü Araşdırmalar davam edir.
Yer Stepanovskoye, Moskva.
Koordinatlar 55°17′59″ şm. e. 38°23′25″ ş. u.HGYO
Ölkə
Sərnişin sayı 65
Komanda 6
Yaralı sayı 0
Ölü sayı 71
Təyyarə
Təyyarə modeli Antonov An-148-100B
Havayolu şirkəti Saratov Hava Yolları
Qalxma yeri Domodedovo aeroportu, Moskva, Rusiya
İstiqamət Orsk aeroportu, Orsk, Rusiya
Uçuş nömrəsi 6W703
Qeydiyyat nömrəsi RA-61704
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu qəza ölüm ilə nəticələnən ən son sərnişin təyyarəsi qəzasından 440 gün sonra baş vermişdir; Ölüm ilə nəticələnən bir öncəki qəza: LaMia Hava Yolları reys 2933, noyabr, 2016-cı il.[1][2]

Qəzaya uğramış Rusiya istehsalı olan Antonov An-148-100B təyyarəsinin qeydiyyat nömrəsi RA-61704, seriya nömrəsi isə 27015040004 idi. İki ədəd D-436 motoru ilə təchiz olunmuş bu təyyarə ilk uçuşunu 2010-cu ilin may ayında reallaşdırıb və Rossiya Hava Yolları şirkətində fəaliyyətinə davam etdirmişdir. Təyyarə bu qəzaya qədər iki dəfə kiçik problemlə üzləşib; 2013-cü il, 28 iyul tarixində həyata keçirdiyi uçuş zamanı motorlarından biri dayanmış və təyyarə bir motoru ilə yerə enə bilmişdi. 2013-cü il, 23 avqust tarixindəki uçuşunda isə təyyarə havalandıqdan sonra burun hissəsində yerləşən təkərləri bağlanmamışdı. Təyyarə bir il əvvəl, 2017-ci ilin fevral ayında Saratov Hava Yollarına icarəyə verilmişdi.[3]

Saratov Hava Yolları reys 703-ün yüksəklik və sürət cədvəli
Saratov Hava Yolları reys 703-ün uçuş xətti

Moskvanın Domodedovo aeroportundan, ölkə daxili uçuşlar həyata keçirən Saratov Hava Yolları tərəfindən işlədilən təyyarə, Qazaxıstan sərhədi yaxınlığında yerləşən Orenburqun Orsk aeroportuna davamlı olaraq həyata keçirdiyi planlanmış uçuşlarından birini reallaşdırırmağa çalışırdı. Moskvadan yola düşmə vaxtı 14:00 olaraq təyin olunmuşdu.[4] Təyyarə, Moskvadan 14:22-də havalandı.[3][5]

Havalandıqdan sonra təyyarənin sürət və yüksəkliyində dalğalanma müşahidə olundu. Qəzadan öncəki anlar, təyyarə 1800 metr (5900 fit) yüksəkliyə və saatda 600 kilometrlik bir sürətə çatdı. Daha sonra yüksəklik itirməyə başlayan təyyarə 900 metr (3000 fit) hündürlükdə olarkən radardan itdi.[4]

Təyyarə yerli vaxtla 14:27-də, Bakı vaxtı ilə 15:27-də yəni Domodedovo aeroportundan havalandıqdan 6 dəqiqə sonra Stepanovskoye yaşayış məntəqəsi ərazisində qəzaya uğradı.[3][6][7][8] Araşdırmalar zamanı bəzi mənbələrə əsasən, qəzadan bir neçə dəqiqə öncə pilot Hava nəqliyyatına nəzarət xidmətinə təyyarədə nazaslıq olduğunu və təcili olaraq Jukovski aeroportuna enməyi planladıqlarını bildirib. Bu məlumat daha sonra araşdırma komitəsi tərəfindən rəddedildi.[9] Hadisə şahidləri, təyyarənin yerə düşmə əsnasında alovlandığını və yanaraq yerə düşdüyünü bildiriblər.[10] Qəza, yaxınlıqdakı bir evin nəzarət kamerası tərəfindən görüntülənib. Videolarda təyyarənin yerə çaxıldığı və dərhal alovların yüksəldiyi görülür.[11]

Sərnişinlər və ekipaj üzvləri

[redaktə | mənbəni redaktə et]

Uçuş manifestinə əsasən reys 703-ün 65 sərnişin və 6 ekipaj üzvü olub. Sərnişinlərin çoxu Orenburq sakinləri idi. Təyyarədə olan iki əcnəbi vətəndaşdan biri Azərbaycan digəri isə İsveçrə vətəndaşları olub.[6][7][12][13][14] Təyyarədə olan hər kəs həyatını itirib.[15][16][17] Qəzadan 2.5 saat sonra xilasetmə işçiləri hadisə yerinə çatıblar.[8]

5000 saat uçuş təcrübəsi olan 51 yaşındakı kapitan pilot, bunun 2800 saatını Antonov An-148 tipli təyyarənin pilot kabinəsində keçirmişdi.[12]

Reys 703-ün sərnişin və ekipaj üzvləri[18][19]
Milliyət Sərnişinlər Ekipaj üzvü Ümumi
Rusiya Rusiya 63 6 69
Azərbaycan Azərbaycan 1 0 1
 İsveçrə 1 0 1
Total 65 6 71

Qəzada həyatını itirmiş azərbaycanlı

[redaktə | mənbəni redaktə et]

Qəzada həyatını itirmiş Azərbaycan vətəndaşı Namiq İnayət oğlu Qəhrəmanov olub. 1971-ci il təvəllüdlü Namiq uşaq vaxtlarından Rusiyaya gedib. O, Orsk şəhərində fəaliyyət göstərən tikiş sexinin sahibi olub.[20]

  1. Shepardson, David. "2017 safest year on record for commercial passenger air travel: groups". www.reuters.com. Reuters. 11 fevral 2018. 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
  2. Reed, David. "Nobody Died In Commercial Jet Crashes In 2017: Good News, But Not As Good As You Might Think". www.forbes.com. 11 fevral 2018. 2018-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral2018.
  3. 1 2 3 "RA-61704 Accident description". Aviation Safety Network. 11 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
  4. 1 2 "«Коммерсантъ» назвал возможные причины крушения Ан-148" (rusca). tvrain.ru. 2018-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
  5. "Saratov Airlines Flight 703 Crashed Outside of Moscow". FlightRadar24. 11 fevral 2018. 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2018.
  6. 1 2 "Plane with 71 on board goes missing after taking off from Moscow". Russia Today. 11 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018.
  7. 1 2 Luhn, Alec; Rothwell, James. "71 feared dead as Russian plane crashes near Moscow". The Telegraph (ingilis dili). 11 fevral 2018. ISSN 0307-1235. 11 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018.
  8. 1 2 "V Rusku se zřítilo letadlo se 71 lidmi, nehodu nikdo nepřežil" [In Russia, an airplane crashed with 71 people, no one survived the accident] (çex dili). Zprávy-Idnes. 11 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018.
  9. "Разбившийся Ан-148 шел на аварийную посадку. LIVE" ["The terrorist act can not be ruled out": the An-148 crashed. LIVE]. Газета.Ru (Rus dili). Gazeta. 11 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018.
  10. Taylor, Rebecca. "All 71 on crashed Russian plane are killed". Sky News. 11 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018.
  11. "Опубликовано видео крушения Ан-148 в Подмосковье" (Rus dili). tvrain.ru. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018.
  12. 1 2 "У командира упавшего Ана было пять тысяч часов налета" (Rus dili). Vesti.ru. 2018-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018.
  13. "Московская межрегиональная транспортная прокуратура проводит проверку в связи с падением самолета" [Moscow interregional transport prosecutor's office conducts an inspection in connection with the fall of the aircraft] (Rus dili). Moscow interregional transport prosecutor's office. 11 fevral 2018. 11 fevral 2018 tarixində arxivləşdirilib.
  14. "Interfax News". www.interfax.com. 11 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018.
  15. "Russian jet 'crashes' after Moscow take-off". BBC News Online. 11 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018.
  16. "Russian Jet Crashes Near Moscow, All 71 Aboard Feared Dead". RadioFreeEurope/RadioLiberty (ingilis). 11 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018.
  17. Josephs, Matt; Clinch, Leslie. "Russian airliner crashes near Moscow, killing all 71 people on board". CNBC. 11 fevral 2018. 11 fevral 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018.
  18. "Список пассажиров и членов экипажа самолета Ан-148 рейса 6W703 «Домодедово –Орск»". www.mchs.gov.ru. 2018-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018.
  19. "Who were the victims of the Russia crash?". 12 February 2018. 13 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2018 – www.bbc.com vasitəsilə.
  20.  (az.)"Təyyarə qəzasında ölən azərbaycanlının cəsədi Yevlaxa gətirilir". Oxu.az. 12 fevral 2018. Archived from the original on 2018-02-15. İstifadə tarixi: 15 fevral 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]