Erməni millətçiliyi, müasir dövrdə Mixail Çamçıyanın romantik millətçiliyinə əsaslanır və ümumi olaraq Erməni mübarizəsi olaraq formalaşdırılmış azad, müstəqil və birləşmiş bir Ermənistanın yaradılması olaraq ifadə olunur. Erməni milli oyanışı 1880-ci illərdə Osmanlı imperiyası dövründəki millətçiliyin ümumi yüksəlişi dövründə formalaşdı. Rusiya imperiyasında yaşayan ermənilərə mühüm təsir etdi. Erməni kilsəsi başda Mıkırtıç Xrimyan kimi liderlərlə erməni millətçiliyinin əsas müdafiəçisi olmuşdur. Müasir Ermənistan və erməni sosial bazasının daha qarmaqarışıq hala gəlməsi, Erməni mübarizəsinin siyasi təsirini gedərək azaltmış və liberal bir millətçilik olaraq modellənən bir erməni millətçiliyinə doğru sürüşmüşdür. Digər yandan, Erməni diasporu iqtisadi mənfətdən əlavə assimiliyasiya təhdidini qoruyan "diaspor millətçiliyinə" sahibdir,
Tənzimat dövründə edilən reformların bir nəticəsi olaraq qeyr-müsəlman azlıqların Osmanlı imperiyası içindəki vəziyyəti mühüm ölçüdə dəyişdi. İlk reformlar ümumilikdə Osmanlı imperiyasının strukturunu və sistemini dəyişdirərək həyata keçirilmişdir. Bunun birlikdə Krım müharibəsi dövründə Osmanlı imperiyasını Rusiya imperiyasına qarşı dəstəkləyən böyük güclərin tədbiq etdiyi diplomatik təzyiqlərin bir nəticəsi olaraq, 1856-cı ildə qeyri-müsəlman Osmanlı imperiyası əhalisinə müsəlman vətəndaşlarla eyni haqların verilməyə çalışıldığı reformlar edildi. Qeyr-müsəlmanlar üzərindəki cizyə vergisi ləğv edildi, həmçinin hərbçi olmalarına icazə verildi və öz məktəblərini açmalarına şərait yaradıldı. Bu yeni və nisbətən liberal mühit altında bir çox erməni məktəbləri Osmanlı imperiyası ərazisi boyunca açıldı. Bu məktəblərin çoxu sürətlə dünyəvi bir istiqamət qazanmışdı. Ermənilər minimum müəllim sayını müəyyən etmək üçün xeyli sayda mədəni dərnəklər qurdular. 1880-ci ildə bu dərnəklər birləşərək "Erməni məktəbləri Ümumi Birliyi"nı yaratdılar.[1]1877-1878-ci illər Rus-Türk müharibəsində Osmanlı imperiyasının məğlubiyyətindən sonra, Erməni Milli Şurası və patriarx II Nerses, katalikos Mıkırtiç Xrımyanı "erməni problemi" ilə bağlı edilən mübahisələrdə erməniləri təmsil etmək üçün Berlin konqresinə göndərdi. O oradakı nitqində erməni xalqına bolqar xalqının mübarizə yolunu örnək almağı məsləhət gördü.[2] Qeyd edək ki, bu dövrdə bolqarların Balkan yarımadasında türklərə qarşı soyqırımı nəticəsində təxmini hesablamalara əsasən 10 minlərlə insan öldürülmüşdü.
Berlin konqresinin 61-ci maddəsi "erməni problemi"ni Osmanlı İmperiyasının daxili problemindən beynəlxalq bir həllə dönüşdürən "muxtar bir Ermənistan" ehtimalını özündə ehtiva edirdi. Müqavilə ilə Osmanlı, erməniləri "zülm" və "şiddətdən" qorumağı öhtəsinə götürdü. Ancaq müqavilə Osmanlı imperiyasını hər hansı bir islahat keçirməyə vadar edən maddəyə malik deyildi.[3]
I Dünya müharibəsi boyunca Osmanlıya qarşı üsyan halında olan ermənilər, 1915-ci ildə köçürüldükdən sonra millətçi təşkilatları xeyli zəiflədi. Ermənistan Demokratik Respublikasının da süqutundan sonra, erməni millətçilər Ermənistan Sovet Sosialist Respublikasında əvvəlki qədər rahat ola bilmədilər. Lakin zaman keçdikcə gizli təşkilatlandılar və respublikanın rəhbər vəzifələrini ələ keçirdilər.
Ermənistan İnqilabçı Federasiyası tərəfindən arzulanan Ermənistan ərazisi Naxçıvan və Azərbaycanın başqa tarixi torpaqları, Türkiyənin şərqdəki bir çox vilayətlərini də özündə birləşdirirdi. XX əsrdəki erməni millətçiliyi "ermənilərin qədim kökü"nü vurğuladı və nəticə olaraq 1980-ci illərdə sovet elm adamları tərəfindən bildirilən Hind-Avropa mənşəli erməni nəzəriyyəsiylə çuğlaşdı.[4] Sovet dövründə, Sovet Ermənistanındakı erməni millətçiliyi özünü üstün ruslara qarşı istiqamətləndirmədiyi üçün gürcü, ukrayna və ya eston millətçiliyi kimi Sovet İttifaqındakı digər millətçiliklərdən fərqli idi. Çünki erməni millətçiliyi keçmiş zamanlarda da olduğu kimi, bu dövrdə də türk düşmənliyi üzərində cəmlənmişdi və nəticədə də, kommunist hakimiyyəti tərəfindən də müdafiə edildi. Ermənistan birdə 1991-ci ildə müstəqil oldu. Və Azərbaycan ərazisində, etnik türklərə qarşı etnik təmizləmə siyasətinə yenidən irimiqyasda geri döndü. Erməni millətçiliyi xüsusilə türk millətçiliyinə qarşı olmuşdur. Erməni diasporik millətçiliyi ən çox İrəvanda olmasına baxmayaraq Ağrı dağı onun simvoludur.