Sasunlu igidlər

Sasunlu David[1] (erm. Սասունցի Դավիթ, Sasuntsi David; digər adlar Սասնա ծռեր, Sasna tserer, «Sasunlu igidlər», «Coşğun sasunlular» və Ջոջանց տուն, Cocants tunı, «Böyüklər evi», «Əcdadlar evi»)[2]orta əsr erməni dastanı. Dastan Sasun (tarixi Ermənistan vilayətində yer, indi Türkiyədə yerləşir) döyüşçülərinin ərəb işğalçılarına qarşı mübarizəsindən bəhs edir. VIII–X əsrlərdə formalaşmışdır. Dastan dörd qoldan ibarətdir: birincisi – Sanasar və Bağdasar, ikincisi – Böyük Mher, üçüncüsü – David, dördüncüsü – Gənc Mher.

Sasunlu David
erm. Սասունցի Դավիթ
Janr epos
Orijinal dili erməni dili
Nəşr ili 1874
Elektron versiya

Dastan ilk dəfə 1873-cü ildə xalq ədəbiyyatı tədqiqatçısı Qaregin Srvandztyants tərəfindən Arnist kəndində yaşayan Krpo adlı bir kəndlindən qeydə alınmışdır. Hal-hazırda Ermənistanın müxtəlif bölgələrində qeydə alınan dastanın əlli variantının akademik nəşri mövcuddur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Абегјан Манук Хачатурович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 20.
  2. Иосиф Орбели. "«Давид Сасунский»: об эпосе". Проект «Эпос». 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]