Savoylu Marqarita (28 aprel 1589[1][2], Turin, Savoy hersoqluğu – 26 iyun 1655, Miranda-de-Ebro[d]) — hersoq Savoylu I Karl Emmanuilin və İspaniya kralı II Filipin qızı Katalina Mikaelanın 5-ci övladı, Mantuya kralı IV Françesko Qonzaqanın həyat yoldaşı. Tarixə Portuqaliyanın son ispan vitse-kraliçası (sərdarı) kimi düşüb.
Savoylu Marqarita | |
---|---|
it. Margherita di Savoia isp. Margarita de Saboya port. Margarida, duquesa de Mântua | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 aprel 1589[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyun 1655 (66 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Atası | I Çarlz Emanuel (Savoyya hersoqu) |
Anası | Ketrin Mişel |
Vikianbarda əlaqəli mediafayllar |
1608-ci ilin fevralın 19-da Mantuya taxtının varisi Françesko ilə Turində ailə qurur. 1612-ci il fevralın 9-u onun yoldaşı atasının taxtına keçir, lakin həmin ilin dekabrın 22-si vəfat edir. Evli olduğu zaman ərzində Marqarita 3 uşaq doğur, lakin onlardan yalnız biri – böyük qızları Mariya Qonzaqa həyatda qala bilir. Yoldaşı və oğlu çiçək xəstəliyinin qurbanı olur. Yoldaşı vəfat etdikdə Marqarita hamilə olduğunu iddia edirdi ki, lakin qısa zamanda onun yalanı ifşa edildi.
Beləliklə, taxt yoldaşının qardaşı I Ferdinando Qonzaqaya keçir. Kardinal olan Ferdinando dini sandan imtina edərək, Mantuyanın hersoq tacını geyir. Eyni zamanda, Mariya Qonzaqa de-yure olaraq Monferratın hersoqluq tacının sahibi olur, çünki tarixi olaraq bu hersoqluq yalnız ana xətti ilə əldə edilə bilərdi.
Ferdinando I Qonzaqa könülsüz şəkildə öz kiçikyaşlı qardaşı qızının haqqlarını tanımalı olur (bunun üçün Marqaritanın qardaşı Viktor Amadey Savoyadan gələrək bacısının tərəfini tutur) və Marqarita 3-yaşlı qızının adından Monferratın regenti olur. Marqaritanın atası Karl Emmanuil isə azyaşlı nəvəsinin adından Monferrat hersoqluğu ilə bağlı iddiasını ortaya qoyur. Ferdinando Qonzaqa qardaşı qızının mülkünü öz təsir dairəsi daxilində saxlamaq niyyətində idi. O, həm Mariyanı, həm də Marqaritanı ərə verməyi planlaşdırırdı, lakin hadisələr və 1613-cü ilin aprelin 22-də Monferrat uğrunda ilk müharibə ona mane oldu. Müharibə 4 il davam edir və Madriddə imzalanan sülhlə bitir. Savoya Monferrata qarşı tələblərini geri çəkir. Mariya Qonzaqa əmisi tərəfindən Mantuyadakı müqəddəs Ursula monastırına yerləşdirilir.
Övladı olmayan Ferdinandonun 1626-cı ildə baş verən ölümündən sonra taxt onun qardaşı II Vinçençoya keçir. Onun da uzun müddət boyunca övladı olmadığı üçün Mantuya hersoqluğuna maraq bəsləyən güclərin diqqəti, demək olar ki, yaddan çıxmış Mariya Qonzaqaya qayıdır. 1627-ci ilin dekabrın 25-də Mariyanı, Fransanın dəstəklədiyi, Neverli Karla ərə verirlər. Bununla Neverli hersoqların taxta iddiası güclənirdi. Həmin gün ölüm ayağında olan II Vinçenço dünyasını dəyişir və taxt onun uzaq qohumu I Karl Qonzaqaya keçir. Onun oğlu isə Mariya ilə nişanlanır. Lakin bu addım İspaniya, Avstriya və Savoyu qane etməyəcək, nəticədə Mantuyanı tamamilə müflis edən Mantuya irsi uğrunda müharibə başlayacaq.
1635-ci ildə qraf Bastonun ölümündən sonra, Savoylu Marqaritanın əmisi oğlu, İspaniya kralı IV Filip onu Portuqaliyanın növbəti hökmdarı edir. Marqarita isə hələ 1634-cü ildə Portuqaliyaya köçür. Bu seçim Madriddəki Portuqaliya Şurasının üzvü, qraf-hersoq Olivaresin dostu və 1635-ci ildə Portuqaliyanın dövlət katibi olmuş Miqel de Vaşkonseluşun qohumu Diaş Soareşin səyləri nəticəsində baş tutur.
1640-cı ildə Vaşkonseluş əlbirli qəsd nəticəsində öldürülür. Marqarita, küçələrə axın edən lissabonluları sakitləşdirməyə çalışır, lakin onun cəhdləri kölgədə qalır. Portuqallılar ana tərəfdən kral Manuelin soyundan gələn, Braqan hersoqu IV Kuanı kral elan edirlər. Üsyançılar Marqaritanın sarayını ələ keçirir və iki il ərzində onu əsir saxlayırlar. 1642-ci ildə Savoylu Marqarita İspaniyaya qaça bilir. 1655-ci iləd vəfat etdikdə onun nəvələri, Mariya Qonzaqanın övladları artıq Mantuyanın hersoqu (III Karlo Qonzaqa, 1637) və Müqəddəs Roma İmperiyasının imperatorunun həyat yoldaşı (Eleonora Qonzaqa, 1651-ci ildən) olmuşdular.