Schechter məktubu və ya Kembric sənədi — Qahirə genizasında Solomon Schechter tərəfindən kəşf edilmişdir.[1]
Schechter məktubu kim olduğu bilinməyən bir Xəzər tərəfindən yüksək mövqedəki yəhudiyə yazılmışdır. Bir çox şəxs tərəfindən bu məktubun Konstantinopoldan olan bir Xəzərin Hasday ibn Şapruta yazdığı məktub olduğuna inanır.
Geniza kolleksiyasında olan bu məktublar Schechter tərəfindən 1898-ci ildə Kembric Universitetinə bağışlanmışdır. Ancaq kağızların çoxu oxunmaz halda olub, sadəcə iki blok mətin bu günə qədər həyatda qalmağı bacarmışdır.
Schechter məktubunda xəzərlərin din dəyişdirmə hadisəsi Xəzər yazışmaları və Kuzariyə görə fərqli izah edilir. Bu məktuba görə, farsların və ermənilərin zülmündən qaçan yəhudilər köçəri xəzərlərə qatılırlar və zamanla assimiliyasiya olurlar. Ardından Sabriel adlı güclü və döyüşçü lider xəzərlərin rəhbərliyinə keçdi. Sabriel uzaqdan da olsa, yəhudi sığınmaçıların nəvələrindən idi və arvadı Serahın da onu fikrindən daşındırması ilə yəhudiliyi seçdi və xalqı da onu izlədi.[2]
Məktubda buradan sonrasının böyük bir qismi itmişdir və sadəcə bir neçə ədəd kağız parçası qalmışdır.[3]
Bu məktubdan sağ çıxan bir başqa bilgi isə Xəzər ölkəsinə edilən istiladır. Xəzər Bizans imperatoru Romanusun təhriki ilə Novqorod knyazı HLGV-in (böyük ehtimal Oleq) hücumuna məruz qaldı. Yəhudilərə zülm edən Romanus bunu xəzərlərin siyasətinə cavab olaraq etmək istədiyi düşünülür. Məktuba görə Xəzər generalı Pesah Taman bölgəsində HLGV-i məğlub etmişdir. Edamla qarşı-qarşıya qalan HLGV Konstantinapola hücum etdi. Bu 941-ci ildə baş vermişdir. Məğlub olan HLGV İrana qaçdı və orada da öldü.
Bu məktub uzun müddətdir ehtimal edilən bilgilərlə ziddiyyət təşkil edən bəzi bilgilər verməkdədir. Bunlardan ilki xəzərlərin dolaylı yoldan da olsa yəhudilərdən gəldikləri və yəhudi dünyasi ilə tamamilə inteqrasiya olduğu düşüncəsidir.
Məktubda bəzi alanların hələ xəzərlərin din dəyişdirməsindən əvvəldən yəhudi olması bildirilməkdədir və müəyyən qədər alanların xəzərləri düşmənlərindən qoruduğu yazılır. Bu vəziyyət Tudelalı Benjaminin alanların yəhudilikləri ilə əlaqəli verdiyi bilgilərlə uzlaşır.
Digər bilgi isə Oleq ilə əlaqəlidir. Rus tarixinə görə, Oleq 913-cü ildə öldü və yerinə 944-cü ildə öldürülənə qədər İqor keçdi. Uzun illər tarixçilər bu məktublardakı məlumatları heçə saydılar, lakin Konstantin Zukerman bu məktubun rus qaynaqları ilə paralellik göstərdiyini bildirdi və bu bilgilərə görə, Oleq ilə İqor arasında ixtilaf var idi, sonunda Oleq məğlub oldu. Bundan əlavə, Zukermana görə, inanılanın əksinə Xəzərlər Kiyevi 882-ci ildə deyil, 900-cü illərin əvvəlində itirmişdirlər. Yenə Zukermana görə, İqor Rurikin oğlu deyil, onun soyundan gələn biridir, dolayısı ilə Oleq Rurikin ardıcılı deyildi.