Karniol skopoliyası (lat. Scopolia carniolica)[1] - skopoliya cinsinə aid bitki növü.[2]
Karniol skopoliyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Karniol skopoliyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Çoxillik ot bitkisi olub, horizontal, şişman, lətli, zəif gövdəli kökümsovu vardır. Gövdənin hündürlüyü 80 sm, açıq-yaşıl, demək olar ki, əsası bənövşəyi rənglidir. Yarpaqları yaşıl, saplaqlı, uzunsov-yumurtaşəkilli, zirvəsi itiuclu, bütövkənarlı və ya zirvəsi 1-2 dişlidir. Çiçəkləri başı aşağı əyilmiş, tək, uzunluğu 2-2,5sm, çiçək saplağı uzun, zənğşəkilli, 5 dişli, tacın xarici hissəsi tünd qırmızı-bənövşəyi, daxili isə sarımtıl-qonur rənglidir. Meyvələri dairəvi olub, açılandır.[3]
Kökümsovlarını erkən yazda, yayın sonunda toplamaq lazımdır. Kökümsovlarını kürək və çəngəllə torpaqdan çıxararaq yumaq və qurutmaq lazımdir. Xammal toplandıqdan 10-15 il ərzində biosenoz bərpa edilir. Toplanılan xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə, çardaxda 1-2 sm qalınlığında sərilməli, qutucuqları günəş altında və ya 40ОС temperaturda quruducu şkafda qurudulmalıdır.[4]
Zəif iyə və məlum olmayan dada malikdir(!).[5]
Bütün orqanlarında 0,9% (tropan sırası), hiosçiamin və skopolamin alkaloidləritapılmışdır. Kökümsovlarının tərkibində 0,4% hiosçiamin toplanmışdır. Qutucuğun tərkibində 0,55%, toxumlarının tərkibində isə 0,31% skopolamin alkaloidi toplanmışdır.[6]
Yabanı ot bitkisi olan skopolianın kökümsovu keyfiyyətli xammal və dərman hesab edilir. Kökümsovlarının tərkibində çoxlu miqdarda skopolamin vardır.
Kökündən atropin sulfat, hiosçiamin, kamfora, skopolamin hidro-bromid, skopolamin kamfora alınır. Skopolamin sinir-psixi praktikada kamfora, hiosçiamin və skopolamin “aeron” həbinin hazırlanmasında istifadə edilir ki, bu da dəniz xəstəliklərində istifadə edilir.[7]
İkiləpəlilər haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |