Sebouh Nersesiyan

Arşaq Nersesyan (erm. Արշակ Ներսէսեան; 20 aprel 1872, Bayburt, Bayburt ili, Osmanlı imperiyası31 iyul 1940, Nyu-York, Nyu-York ştatı), daha çox Sebouh və ya General Sebouh (erm. Զօրավար Սեպուհ) ləqəbi ilə tanınmış olan erməni hərbi komandiridir. O, general Andranik Ozanyanın sağ əli olmuşdur.

Sebouh Nersesiyan
Şəxsi məlumatlar
Doğum tarixi 20 aprel 1872(1872-04-20)
Doğum yeri
Vəfat tarixi 31 iyul 1940(1940-07-31) (68 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti fədai
Dini Erməni Həvari kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

O, 1872-ci ildə Tomnada (İndiki Türkiyədə Bayburtun şimalında yerləşən kənd) Arşaq Nersesyan kimi anadan olmuşdur. Daha sonra Sebouh təxəllüsünü götürmüşdür. O, gənc yaşlarından etibarən erməni inqilabi fəaliyyətlərində iştirak etmişdir.[1] O, təhsilini Trabzonda almışdır (Birinci Dünya Müharibəsindən əvvəl həmin ərazidə erməni icmasının sayı 30.000 nəfər idi) və sənətkar kimi gənc yaşlarından öz qabiliyyətini göstərmişdir.[2] Hələ iyirmi yaşında olarkən Ərzincan yaxınlığındakı bir kənddə çəkməçi işləyərkən kəndi Həmidiyyə qırğınları zamanı türk əsgərləri tərəfindən məhv edilsə də, o bu qətliamdan sağ çıxmağı bacarmış və “qabağına çıxan hər bir türkü öldürəcəyinə” and içmişdir.[3]

İnqilabi fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

1889-cu ildə Konstantinopola getmişdir. 1894-cü ildə general Sebouh Sosial Demokrat Hnçak Partiyasından ayrılaraq Erməni İnqilabi Federasiyasına (EİF-Daşnaksütyun) qoşulmuşdur. Daha sonra o, Daşnaksütyunun lideri olmuşdur. EİF üzvü kimi o, general Andranik Ozanyanın rəhbərliyi altında komandir olmuşdur. 1894-cü ildə Sasundakı üsyanlarda iştirak etmişdir. Sebouh Tabek, Şenik və Semal döyüşlərində iştirak etmiş, sonradan yaralanmışdır. Tadvan, Ağtamar adası və Van döyüşlərində iştirak etmişdir. 1907-ci ildə Sebouh Vyanada EİF partiyasının konqresində iştirak etmişdir. Sebouh və Andranik 1914-1915-ci illərdə baş vermiş olan Xoy, Dilman və Salmas (Qərbi Azərbaycan, İran) döyüşlərində bərabər iştirak edmişdirlər.

Sebouh həlledici Sərdarabad döyüşündə iştirak etmiş və sonralar Bakıda mühasirəyə alınmış olan ermənilərə kömək etməyə getmişdir. 1919-cu ildə general Sebouh Birinci Ermənistan Respublikasının parlamentinə seçilmişdir.

General Sebouh xainləri öldürməsi, 1920-ci ilin mayında baş verən bolşevik üsyanını yatırması və Aleksandropol Sovetini darmadağın etməsi ilə tanınırdı.

Erməni-türk müharibəsi

[redaktə | mənbəni redaktə et]

1920-ci il dekabrın 20-də general Sebouh Tiflisə (Gürcüstan) sığınmış və orada azadlıq komitəsi yaratdıqdan qısa bir zaman sonra daşnak bürosunun üzvlərinin əksəriyyəti ona qoşulmuşdurlar.

Tiflisdə general Sebouh Salmasa göndərilən 500 nəfərlik könüllü qüvvəyə rəhbərlik etmişdir. Armen Qaro 1921-ci ildə general Sebouhu Bostona göndərmiş və orada o, Aharon Saçakliana qoşulmuşdur.

General Sebouh ABŞ-a gələn və Ermənistan ordusunun reabilitasiyası üçün ABŞ-dan kredit alan ilk erməni zabiti olaraq tarixə düşmüşdür. Bostonda general Sebouh Soqomon Tehlirian və Tələt Paşanın öldürülməsinə səbəb olmuş olan Nemesis əməliyyatını maliyyələşdirmişdir.

Amerika Birləşmiş Ştatlarındakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sebouh EİF-nin (Ermənistan İnqilabi Federasiyası) sahə işçisi kimi ABŞ-da genişmiqyaslı səfərlərdə olmuşdur. O, EİF-nin bütün ölkədə mövcudluğunu genişləndirməyə kömək etmişdir. O, Armen Qaronun xahişi ilə ABŞ-da “gizli xüsusi” missiyanın rəhbəri olmuşdur. 1925-ci ildə o, "Edjer im housheren" (Xatirələrimdən səhifələr) adlı memuarını yazmışdır.

Sebouh daimi olaraq Detroitdə məskunlaşmış və burada ərzaq mallarının satışı biznesi ilə məşğul olmuşdur. 1936-cı ildə ailəsi ilə birlikdə Nyu Yorka köçür.[4] O, 31 iyul 1940-cı ildə 66 yaşında vəfat etmişdir. Sebouhun oğulları Qaregin Njdenin Tseqakronlarına (Ermənistan Gənclər Federasiyasının sələfi) qoşulmuşdurlar.

20 noyabr 2014-cü ildə general Sebouhun qalıqları İrəvanın Yerablurdakı hərbi qəbiristanlığında dəfn edilmişdir.

General Sebouhun İrəvanın Yerablurdakı hərbi qəbiristanlığında yerləşən xatirə abidəsi.
  1. Kaligian, Dikran Mesrob. Armenian organization and ideology under Ottoman rule, 1908-1914 (Rev.). New Brunswick, N.J.: Transaction Publishers. ISBN 9781412842457.
  2. Знаменитые федаи – Герои сопротивления (Russian). 12 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 February 2013.
  3. Bechhofer Roberts, Carl Eric. In Denikin's Russia And The Caucasus, 1919-1920: Being A Record Of A Journey To South Russia, The Crimea, Armenia, Georgia, And Baku In 1919 And 1920. 1921. 281.
  4. Karentz, Varoujan. Mitchnapert = Citadel : a history of Armenians in Rhode Island. New York: IUniverse, Inc. 2004. ISBN 9780595306626.