Seki Takakazu (関 孝和?, 1642[1], Fucioka[d], Qunma prefekturası və ya Edo[d] – 24 oktyabr 1708 və ya 5 dekabr 1708[2], Edo[d]) və ya Seki Kova (関 孝和?) — Yaponiya riyaziyyatçısı. Yapon riyaziyyatının Seki məktəbinin qurucusudur.[3] "Vasanın tanrısı" kimi tanınır.[4]
Seki Takakazu | |
---|---|
yap. 関孝和 | |
Doğum tarixi | 1642[1] |
Doğum yeri | |
Vəfat tarixi | 24 oktyabr 1708 və ya 5 dekabr 1708[2] |
Vəfat yeri | |
İş yerləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Seki Takahazu 1642-ci ildə Kozuke əyalətinin Fucioka şəhərində doğulmuşdur.[3] Sekinin həyatı haqqında məlumatlar azdır.[5] O, samuray Nakaakira Uçiyamanın ikinci oğlu olsa da, Edoda Tədarük Bürosunun samurayı olan Seki Qorozaemon tərəfindən övladlığa götürülmüşdür.[5] O, Tokuqava şoqunluğunda geyim və ləvazimatdan cavabdeh olan qurumda işləmişdir.[6]
Seki riyaziyyatı özbaşına öyrənmişdir, müəllimi olmamışdır.[6] Çin riyaziyyatından təsirlənmiş, Çju Şitse, Yan Huey və Çen Davey kimi çinli riyaziyyatçıların əsərləri ilə tanış olmuşdur.[5] O, Nyuton metoduna çox oxşayan metod kəşf edərək ali cəbr tənliyinin köklərini hesablamağı bacarmışdır.[6] Determinantlar nəzəriyyəsi alman riyaziyyatçı Qotfrid Leybnits tərəfindən inkişaf etdirilsə də, Seki bu nəzəriyyəni ondan öncə kəşf etmişdir.[6] O, cəbri notasiya sistemini yaratmış, dairənin çevrəsini hesablamaq üçün düstur tapmış, vasanın əsasını qoymuşdur.[4]
Seki "Kayfukuday no ho" (1683) "Kayinday no ho" (1685) kimi əsərlərin müəllifi olmuş, adıçəkilən son əsərdə kök əldə əldə etmək üçün istifadə olunan qədim Çin metodundan bəhs etmişdir.[5]
Seki bir neçə fundamental hesablama konsepsiyası kəşf etmiş,[6] riyaziyyat haqqında bir çox kitab yazmışdır.[3] Onun cəbr texnikaları şagirdi Takabe Katahiro tərəfindən inkişaf etdirilmişdir.[6]