Sekku

"Qosekku-zu", müəllif: Kakizaki Hakyo.

Sekku (節句?)Yaponiyada mövsüm dəyişikliyini bildirən əlamətdar günlər.[1]

"Sekku" termini əvvəllər mövsüm dəyişikliyinin ("seçi") baş verdiyi günlərdə hazırlanan yeməkləri ("ku") bildirirdi.[1] Daha sonra bu söz həmin günləri bildirmək üçün istifadə olunmağa başlamışdır.[1] "Monobi" və ya "monbi" sözləri sekkunu bildirmək üçün istifadə olunan alternativ sözlərdir.[1] Belə ki, insanlar bu günlərdə ailə gerbinin ("mon") olduğu kimonolar geyinirdilər.[1]

Yaponiya sarayında sekku adəti Çinin təsiri ilə yaranmışdır.[1] İllik hadisələri qeyd etmək üçün istifadə olunan təqvimə bir neçə sekku daxil idi.[1] Bu təqvim yapon mövsüm bölgüsünün Çin təqvim sistemi ilə sintezi nəticəsində yarandığı üçün bəzi günlər mövsüm dəyişikliklərini bildirirdi.[1]

Edo dövründə Tokuqava şoqunluğu bu günləri sekku elan etmişdi: 7 yanvar (Yeddi bitki festivalı), 3 mart (Kukla festivalı və ya Şaftalı festivalı), 5 may (Uşaqlar festivalı və ya Süsən festivalı), 7 iyul (Tanabata festivalı) və 9 sentyabr (Payızgülü festivalı).[1] Bu sekkular Yaponiyada müasir dövrdə də qeyd olunur.[1] Bu beş sekku birlikdə qosekku (五節句?) adlanır.[1]

Sekkularda insanlar xüsusi yeməklər hazırlayıb yeyirlər.[1] Məsələn, insanlar 7 yanvarda nanakusa-qayu, 3 martda hişimoçi, 5 mayda isə çimaki yeyirlər.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 58. ISBN 0-87011-627-4. İstifadə tarixi: 27 dekabr 2022.