Semyon Aralov

Semyon İvanoviç Aralov (tam adı: rus. Семён Иванович Аралов; 30 dekabr 1880, Moskva[1]22 may 1969[1], Moskva[1]) — Qızıl Ordu Baş Kəşfiyyat İdarəsinin ilk rəhbəri və SSRİ diplomatik xidmət əməkdaşı.

Semyon Aralov
Doğum tarixi 30 dekabr 1880(1880-12-30)
Doğum yeri
Vəfat tarixi 22 may 1969(1969-05-22)[1] (88 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • G.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti[d]
Fəaliyyəti diplomat, hərbi qulluqçu
Partiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aralov Moskvada varlı tacir ailəsində anadan olmuşdur. 1905-ci ildə Rusiya İmperator Ordusuna qoşulmuş və Birinci Dünya müharibəsi zamanı Hərbi Kəşfiyyat bölməsində mayor rütbəsinə yüksəlmişdi. O, Oktyabr inqilabında iştirak edib.

Aralov Çekanın qurucu üzvlərindəndir. 1918-ci ilin yanvarında Moskva Hərbi Rayonunun rəhbəri təyin edilib. Daha sonra Trotski onu Çexoslovakiya legionu ilə danışıqlar aparması məqsədilə Sibirə göndərir. 1918-ci ilin sentyabrında Hərbi İnqilab Komitəsinə təyin edildi və girov götürülmə işlərinə görə cavabdeh oldu. Nəticədə Qırmızı Ordu sadiqliyinə şübhə edilən keçmiş çar məmurlarının ailə üzvlərini ələ keçirə bildi. İlk olaraq Qırmızı Ordu Kəşfiyyat İdarəsi adlandırılan Qeydiyyat orqanı 1918-ci ilin oktyabrında qurulduğunda Aralov bu qurumun rəhbəri, həmçinin Trotski və Yoakim Vatsetis ilə birgə Müdafiə Şurasının İcraedici Bürosunun üzvü idi.

1920-ci ilin iyulunda Aralov 12-ci Orduda kəşfiyyat rəhbəri rolunu icra etdiyi Baş Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsindən imtina etdi və 1921-1927-ci illərdə müxtəlif xarici siyasət öhdəliklərini yerinə yetirərək öz fəaliyyətini diplomatik pərdə altında davam etdirdi. Belə ki, Çində Çan Kayşinin Homindan hökumətinə səfir kimi təyin edilməzdən əvvəl Litva, LatviyaTürkiyədə səfir kimi fəaliyyət göstərmişdir. Sonralar diplomatik karyerasını ABŞ, AlmaniyaYaponiyada davam etdirmişdir.

1937-ci il repressiyaları zamanı bütün kəşfiyyat postlarından azad edildi və Ədəbiyyat Muzeyinin direktor müavini təyin edildi. 1941-ci ildə 60 yaşında ikən İkinci Dünya müharibəsində könüllü olaraq xidmət etmiş və 1946-cı ildə tərxis edilmişdir. Kommunist Partiyasına üzv olmuş, 1957-ci ildə üzvlükdən çıxmışdır.

1969-cu ildə Moskvada vəfat etmiş və Novodeviçye qəbiristanlığında dəfn edilmişdir.

  1. 1 2 3 4 5 6 Аралов Семён Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.