Sergey Biryuzov (rus. Серге́й Семёнович Бирюзо́в; 21 avqust 1904[1] – 19 oktyabr 1964[1][2], Belqrad) — İkinci dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı və Sovet İttifaqı Marşalı.
Sergey Semyonoviç Biryuzov | |
---|---|
Серге́й Семёнович Бирюзо́в | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Skopin, Rusiya imperiyası |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Belqrad, Yuqoslaviya Sosialist Federativ Respublikası |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | rus |
Qoşun növü | Qızıl Ordu, Strateji Raket Qoşunları[d] |
Hərbi hissə | 37-ci ordu |
Xidmət illəri | 1922-1964 |
Rütbəsi | Marşal |
Komandanlıq edib |
|
Döyüşlər | İkinci dünya müharibəsi |
Təltifləri | mərkəz |
Vikianbarda əlaqəli mediafayllar |
Sergey Biryuzov 1904-cü ildə Ryazan rayonun Skopin şəhərində anadan olmuşdur. 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1922-ci ildə Qırmızı Orduya qatılaraq Frunze Hərbi Akademiyasına 1934-cü ildə gedənə qədər batolyon komandiri olmuşdur. 1937-ci ildə məzun olduqdan sonra silah diviziyasının rəisi olmuşdur. 1939-cu ildə Xarkov Hərbi Bölgəsində vəzifələndirilmişdir. Həmin ilin avqustunda 1932-ci Diviziyanın komandiri olmuşdur. Cənub-qərb və Bryansk cəbhələrində komandanlıq etmişdir. Döyüşlərdə özü diviziyaya əmrlər vermişdir. Barbarossa əməliyyatı zamanı 5 dəfə yaralanmışdır. Bunlardan ikisi çox ciddi yaralanmalardır.
1942-ci ilin aprelindən noyabrından 48-ci Ordu qərargah başçısı olmuşdur. 1943-cü ilin aprel ayına qədər isə 2-ci Mühafizə Ordusu qərargah başçısı vəzifəsini yerinə yetirmişdir. Bu ordu Saturn əməliyyatı zamanı vacib rol oynamışdır. 1943-cü ilin aprel ayında Fedor Tolbuhin komandanlığındakı Cənub Cəbhəsində vəzifələndirilmişdir.