Leonid Aleksandroviç Qovorov (22 fevral 1897[1][2][…] – 19 mart 1955[3][1][…], Moskva[3]) — sovet hərb xadimi, Sovet İttifaqı Marşalı, Sovet İttifaqı Qəhrəmanı.
Leonid Qovorov | |
---|---|
rus. Леонид Александрович Говоров | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Vyatka quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (58 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | rus |
Qoşun növü | artilleriya, piyada, PVO SSRİ |
Xidmət illəri |
1916–1918 1920–1955 |
Rütbəsi | Marşal |
Vəzifəsi | Sovet İttifaqı Marşalı |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Leonid Qovorov 22 fevral 1897-ci ildə Rusiya imperiyasının Vyatka quberniyasında kəndli ailəsində anadan olub. Atası— Aleksandr Qriqoryeviç Qovorov gəmiçi olub. Anası—Mariya Aleksandrovna Qovorov (Panfilova) isə evdar qadın olub. Leonid Qovorovların dörd oğlundan ən böyüyü idi. Leonid Qovorov 1916-cı ildə Petroqrad Politexnik İnstitutunun gəmiqayırma şöbəsinə daxil olur. 1916-cı ilin dekabr ayında hərbi xidmətə çağırılır. 1917-ci ilin iyun ayında Leonidə leytenant rütbəsi verilir və o, Tomsk qarnizonunun kiçik zabit heyətində batareya komandiri olur. 1918-ci ilin mart ayında Leonid ordudan tərxis olunur və valideynlərinin yanına qayıdır.