Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Sevda Həsən qızı Abdullayeva 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. 1975-ci ildə Bakıda fizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri doktoru adına layiq görülmüşdür. 1982-1996-cı illərdə Azərbaycan Dövlət Tibb Universitetində professor vəzifəsində, 1994-1997-ci illərdə İndiana Universitetində (ABŞ) professor vəzifəsində çalışmışdır. 1997-ci ildən indiyədək Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun "Bionanostrukturlar fizikası" laboratoriyasının rəhbəri vəzifəsində çalışır. 2009-cu ildən indiyədək Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi nəzdində Yüksək Texnologiyalar Üzrə Tədqiqat Mərkəzinin direktoru vəzifəsini icra edir. J.Alfyorov adına Beynəlxalq təhsil və elm fondunun Azərbaycan filialının rəhbəridir. "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə 10 fəlsəfə doktoruna rəhbərlik etmişdir və 1 elmlər doktorunun məsləhətçisi olmuşdur. Beynəlxalq və respublika elmi jurnallarında 200-dən artıq məqaləsi (133-ü xaricdə) və bir kitabı nəşr olunmuşdur. Onlardan 65-i impakt faktorlu jurnallarda çap olunub. 13 ixtiranın (SSRİ-də) müəllifidir. Bir sıra ölkələrlə (Almaniya, Türkiyə, Rusiya, İtaliya) elmi əməkdaşlıq edir və beynəlxalq layihələrdə iştirak edir. Bir cox fəxri mükafata layiq görülmüş, müxtəlif peşəkar cəmiyyətlərin üzvüdür. Amerika Universitetinin Qadınlar Assosiasiyasının (İndiana, 1994-1997), ABŞ-Azərbaycan Dostluq və Mədəniyyət Assosiasiyasının (Vaşinqton, 1995), keçmiş SSRİ Fizika Cəmiyyətinin (1983-1990), Avropa Ali Təhsil Assosiasiyasının (2005-2006), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü (2006-2009) olmuşdur.
Sevda Abdullayeva | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Həsən Abdullayev |
Anası | Zərifə Abdullayeva |
Elm sahələri | Yarımkeçirici və dielektriklər fizikası |
Elmi dərəcələri | Fizika-riyaziyyat elmləri doktoru, professor |
İş yerləri | AMEA Fizika İnstitutu, "Bionanostrukturlar fizikası" laboratoriyasının rəhbəri |
Alma-mater | Azərbaycan Dövlət Universiteti |
Təhsili | Ali |
Tanınır | Rusiya, Türkiyə, Almaniya, İtaliya |