1954-cü il noyabrın 13-də Azərbaycan Respublikası Yevlax şəhərində anadan olmuşdur.
1961–1971-ci illərdə Yevlax şəhər 2 saylı orta məktəbdə təhsil alaraq, oranı qızıl medalla bitirmiş və 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ilin fevral ayında "Azərbaycan qulluqçu həmkarlar ittifaqlarının yaranması və fəaliyyəti (1905–1914)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Hal-hazırda "Azərbaycanda çarizmin iqtisadi siyasəti (1870–1917)" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.
1979-cu ildən 101 №-li Orta texniki peşə məktəbində tərbiyəçi-müəllim vəzifəsi ilə iş fəaliyyətinə başlamışdır.
1980-ci ildən Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi kafedrasında (oktyabr inqilabına qədərki dövr) laborant, baş laborant, müəllim, baş müəllim,
2001-ci ildən isə BDU-nun Slavyan ölkələri tarixi kafedrasında baş müəllim, 2005-ci ildən hal-hazıra qədər həmin kafedrada dosent əvəzi vəzifəsində çalışır.
Fakültənin bakalavr şöbəsində isə "Rusiya imperiyası ərazisində milli hərəkatların başlanması (XIX əsrin II yarısı – XX əsrin əvvəlləri) problemi üzrə mühazirə və məşğələ dərsləri aparır.
18 məqalə, 1 kitabın müəllifidir.
XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixində Ə.Topçubaşov istiqaməti. Bakı Universitetinin Xəbərləri, Humanitar seriya, № 2, Bakı, 2007.
Qərbi slavyan ölkələrində sənaye çevrilişlərinin başlanması. Tarix və onun problemləri, № 1, Bakı, 2007.
Orta əsr Ərəş şəhəri. Tarix və onun problemləri, № 3, Bakı, 2007.
Slavyan ölkələri tarixi. Proqram, Bakı, 2008.
Slavyan ölkələri tarixi. Tarix fakültəsinin qiyabi şöbəsində tədris qrafikinin yerinə yetirilməsinə dair Tövsiyyələr. Bakı, 2008.
Çex milli hərəkatı və onun istiqamətləri. Tarix və onun problemləri, № 4, Bakı, 2008.
General S.Mehmandarov və hərb sənəri. Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal) General Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışынын № 4, 2015.
1905–1907-ci illər inqilabı və Russiya müsəlman milli hərəkatı. Tarix və Onun problemləri N 3, 2016 səh 114–119.
Reç-Pospolitanın siyasi inkişafı (XVI–XVII əsrlər) s. 36–45 Tarix və Onun problemləri N4, 2016.
"Slavyan Ölkələri Tarixi" fənni üzrə bakalavr pilləsi üçün proqramm, Bakı, 2017 həmmüəllif.
"Osmanlının qürüb çağına daxil olmasında Rusiyanın yeri" Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal)2017 № 4.
Программа "История славянских стран" для степени бакалавра, Баку, 2017, AMEA-nın mətbəsində, 4,25 ç.v.
1. Oktyabr inqilabından istiqlala gedən milli şərəf yolu. 2, Müstəqil Azərbaycanda Gender Bərabərliyi Cümhuriyyətinin Mənəvi İrsi Kimi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransın Materialları. 21–23 May, 2018 s.254–257.
Azərbaycanda XIX əsrin sonlarında başlanan intellektual sıçrayış-yeni ziyalı nəslinin formalaşması. Tarix və Onun Problemləri, 2019 N3, s 32–35.