Sevinc Hüseynova (28 yanvar 1970, Slavyanka, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V və VI çağırış[1] deputatı.
Sevinc Hüseynova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 yanvar 1970 (54 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Sevinc Hüseynova 28 yanvar 1970-ci il tarixində Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşdur. Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.
1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində inspektor, 1994–2006-cı illərdə Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi, 2006–2009-cu illərdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini-şöbə müdiri işləmişdir. 2009–2010-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi-kollegiyanın məsul katibi, Regionlar ilə iş və kadrlar şöbəsinin aparıcı məsləhətçisi vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyası üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Honduras parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[2]
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |