Sevinc Osmanqızı

Mirzəyeva Sevinc Osman qızı — jurnalist, televiziya aparıcısı. ANS TV kanalının xəbərlər xidmətinin rəhbəri olaraq fəaliyyət göstərmişdi.[1] O, bir müddət Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri idi. 1990-cı illərin əvvəllərində gənc yaşlarından siyasi meydanda olduğu üçün onu Azərbaycanın müasir dövrünün ilk qadın diplomatı adlandırmaq olar.[2][3] Hazırda mühacirətdədir, ABŞ-da yaşayır. 2018-ci ildən “Osmanqızı TV” internet kanalı fəaliyyətdədir.[4]

Sevinc Osmanqızı
Sevinc Osman qızı Mirzəyeva
Doğum tarixi (55 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Osman Mirzəyev
Anası Solmaz Mirzəyeva
Milliyyəti Azərbaycanlı
Təhsili BDU
Fəaliyyəti Jurnalist, Diktor, Aparıcı
Fəaliyyət illəri 1990 - indiyədək

Sevinc Osmanqızı 22 iyun 1969-cu ildə Bakıda jurnalist ailəsində anadan olub. 1986-cı ildə Osman Mirzəyev adına 190 nömrəli məktəbi qızıl medalla, 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.[5]

Jurnalist fəaliyyətinə “Assa-İradə” xəbər agentliyində parlament müxbiri kimi başlayıb (1990). Azərbaycan Televiziyasının (AzTV) Xəbərlər Redaksiyasında müxbir işləyib (1990-1992). Müstəqil Azərbaycan Respublikasının ilk diplomat qadını kimi, Xarici İşlər Nazirliyində 3-cü katib vəzifəsində çalışıb (1993).[6]

İngiltərədə, BBC radiosu Azərbaycan redaksiyasının Jurnalist prodüseri işləyib (1994-1999).[7] BBC radiosunun ing. “Arts and Features” Departamentinin Azərbaycan üzrə müxbiri kimi çalışıb (1999-2000).[8] Daha sonra ABŞ-nin Azərbaycandakı səfirliyinin Mətbuat şöbəsinin rəhbəri işləyib (2000–2008). ANS TV-də yayımlanan “Cümə” və “Cümə söhbəti” verilişlərinin müəllifi və aparıcısı idi (2009). Azərbaycan Qadın Jurnalistlər Birliyinin sədri olmuşdur.

Sevinc Osmanqızı beynəlxalq səviyyəli jurnalist kimi BBC radiosunda çalışdıqdan sonra dünyanın xəbər liderlərindən olan CNN telekanalı üçün Azərbaycan haqqında reportajlar hazırlayıb. 24 yaşında Azərbaycan Xarici İşlər Nazirliyində 3-cü katib işlədikdən sonra 6 il Britaniyada jurnalist kimi fəaliyyəti göstərib. Azərbaycana qayıtdıqdan sonra 8 il ABŞ-nin Azərbaycandakı səfirliyində çalışıb.[9]

BBC dünyanın ən qədim və nüfuzlu media qurumlarından biridir. İndi BBC-nin Ümumdünya Xidməti 43 dildə yayınlanır. 1994-cü ildən BBC-nin Ümumdünya Xidmətin yeni yaradılan Mərkəzi Asiya və Qafqaz Departamenti fəaliyyət göstərir. Azərbaycan şöbəsi də onun tərkibindədir. Azərbaycan dilində proqramlar həmin ilin noyabr ayının 30-dan yayına başlayıb. İlk dəfə Azərbaycan dilində "Danışır London. Efirdə BBC-nin Azərbaycan xidmətidir" sözlərini səsləndirən jurnalist Sevinc Osmanqızı olub.[11]

“Sivilizasiyalar” 20 hissəli tarixi radio oçerklər silsiləsinə görə Azərbaycan Jurnalistlər İttifaqının Zərdabi mükafatı (2000).[12]

  1. https://oxu.az/society/43251[ölü keçid]
  2. "Sevinc Osmanqızı kimdir? - Timeturk". www.timeturk.com (az.). 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-15.
  3. "Sevinc Osmanqızı". anl.az. 2020-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023.09.15.
  4. "Azərbaycanlıların mühacirət mediası". aqreqator.az (ingilis). İstifadə tarixi: 2023-09-15.
  5. modern.az. "Telejurnalist Sevinc Osmanqızı ilə FOTOSÖHBƏT". modern.az (az.). 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-15.
  6. https://modern.az/news/36128/
  7. https://www.bbc.com/azeri/media-48427721.amp
  8. "BBC Azərbaycan". adam.az. Archived from the original on 2010-02-04. İstifadə tarixi: 2021-01-22.
  9. "Arxivlənmiş surət". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-04.
  10. Tanınmış telejurnalist evlilik məsələsinə aydınlıq gətirdi
  11. "BBC azərbaycanca" (PDF). aak.gov.az. İstifadə tarixi: 2023.09.15.
  12. "Arxivlənmiş surət". 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-04.