Siffeyn döyüşü (ərəb. وقعة صفين) — Xəlifə Əli ilə İslam dövlətinin Suriya valisi Müaviyə ibn Əbu Süfyan arasında Siffeyndə 657-ci ildə baş verən döyüş. Siffeyn indiki Suriyada, Fəratın sahilindəki Rəqqə şəhərinin şərqində yerləşir.
Siffeyn döyüşü ərəb. وقعة صفين | |||
---|---|---|---|
Birinci fitnə | |||
Tarix | 657-ci il 26 iyuldan 28 iyuladək. | ||
Yeri | Siffeyn (Raqqa mühafəzəsi yaxınlığındakı müasir Əbu Hureyrə kəndi), Suriya | ||
Nəticəsi | heç-heçə[1][2] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Üç aya yaxın davam edən və ən böyük döyüşü 657-ci il iyulun 26–28-də baş verən müharibədə bir nəticəyə gəlinmir. Hər iki tərəfin razılığı ilə qurulmuş hakim heyətindəndə heç bir nəticə əldə olunmur. İslam tarixi baxımından Siffeyn döyüşü; Müsəlman cəmiyyətində Əlinin nüfuzunu sarsıdan, xaricilər (sonralar Əlini öldürəcəklər) adlı qrupun yaranmasına səbəb olan və Əməvilər sülaləsinin yolunu açan mühüm hadisədir.
Suriya valisi Müaviyə inb Əbu Süfyan asilər tərəfindən öldürülən 3-cü xəlifə Osmanın qohumu idi. O, Əlinin Osmanın qətlində günahkar ola biləcək bəzi şəxslərdən dəstək aldığını və bu səbəbdən də bu qətli araşdırmaqdan çəkindiyini düşünür. Buna görə də Əliyə qarşı qiyam qaldırır. Əlinin üsyanı yatırmaq cəhdi Siffeyn döyüşü adlanan uzun toqquşmalara səbəb olur.
Cəməl döyüşündən sonra Əli 657-ci ilin yanvarında Bəsrədən Kufəyə qayıdır. Əlinin elçilər göndərmək və Müaviyəni razı salmaq cəhdləri nəticəsiz qalır. Əli İslam Dövlətinin mərkəzini Mədinədən Kufəyə köçürür. Bu səbəb Əlinin Kufədə tərəfdarlarının çox olması və Kufə daha mərkəzdə mövqedə tutması ilə əlaqədar idi. Əli Kufədə topladığı ordu ilə Müaviyənin nəzarəti altında olan Suriya vilayətini ələ keçirir. İki ordu Fərat çayı boyunca Siffeyndə üz-üzə gəlir.
Aylarla davam edən kiçik toqquşmalar, atəşkəslər və meydan döyüşlərindən sonra müharibənin zirvəsini təşkil edən Quran hadisəsi baş verir. Müaviyənin əsgərləri nizələrinin ucuna Qurandan parçalar taxırlar ki, bu da yəqin ki, döyüşün nəticəsini Allahın qərar verəcəyi anlamına gəlirdi. Əli Qurana əsaslanan hakim heyətinin yaradılmasına razılıq verir və Əbu Musa əl-Əşarini nümayəndə təyin edir. Əmr ibn Asda Müaviyəni təmsil edirdi.
Əlinin hakim heyətinin yaradılmasına razılığı onun Müaviyə ilə bərabər mühakimə olunacağı anlamına gəlirdi və bu Müaviyəyə Əlinin müsəlman icmasının rəhbəri olması iddiasını rədd etməyə imkan verirdi. Əlinin hakimin tələbinə boyun əyməsindən narahat olanların böyük bir qrupu "Hökm ancaq Allaha məxsusdur" (Ənam surəsi: 57) ayəsini əsas gətirərək bu vəziyyətə etiraz etdilər. Bu qrup hakim heyətinin qurulmasının Quranın "Əgər iki müsəlman dəstəsindən biri digərinə hücum etsə, Allahın əmrinə qayıdana qədər hücum edənlə (hücum edənlə) vuruşun" əmrinə qarşı çıxmaq olduğuna inanırdılar (Hucurat surəsi: 9).
Bu ifrat dindar dəstənin kiçik bir hissəsi Harura kəndinə çəkilir və əsas qrupdan ayrıldıqları üçün xaricilər kimi tanınırlar.
Hakim olayının təfərrüatları müxtəlif mənbələrdə geniş şəkildə dəyişir. Aydın olan budur ki, Əlinin müsəlman cəmiyyətindəki mövqeyi ciddi şəkildə zəifləmişdir.
658-ci ilin mayında Suriyadakı bəzi tərəfdarları Müaviyəni xəlifə elan edir. Müaviyənin təsir dairəsi indiki İraq və Hicaza (Səudiyyə Ərəbistanının qərbi) doğru genişlənərkən, Əlinin nüfuz dairəsi onun paytaxtı Kufəyə doğru daralır.
Əli Siffeyn döyüşündən dörd il sonra (661-ci ildə) xaricilər tərəfindən öldürüləndə Müaviyənin xilafətini elan etməsi üçün heç bir maneə yox idi. Müaviyə Əməvilər sülaləsinin ilk xəlifəsi olur.
İki ordunun itkiləri ilə bağlı səslənən fikirlər ziddiyyətlidir. Bəzi tarixçilər iki ordunun ümumi itkisini 70.000 olaraq qiymətləndirir. Onların 45 mini Müaviyənin, 25 mini isə Əlinin ordusundan olduğu bildirilir[5][6].