Simon Virsaladze

Simon Baqratoviç Virsaladze (13 yanvar 1908, Tiflis[1]7 fevral 1989, Tbilisi) — Sovet, gürcü və rus teatr sənətçisi. SSRİ xalq artisti (1976). Lenin mükafatı (1970), iki Stalin mükafatı (1949, 1951) və SSRİ Dövlət mükafatı (1977) laureatı.

Simon Virsaladze
Doğum tarixi 13 yanvar 1908(1908-01-13)
Doğum yeri
Vəfat tarixi 7 fevral 1989(1989-02-07) (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəssam, səhnə dizayneri, kostyum dizayneri[d], vizual incəsənət rəssamı
Təhsili
  • Repin adına Rəssamlıq İnstitutu[d]
Üzvlüyü
Mükafatları "Lenin" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
SSRİ xalq rəssamı "Lenin" mükafatı SSRİ Dövlət mükafatı "Stalin" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Simon Virsaladze 31 dekabr 1908-ci ildə Tiflisdə anadan olub. İlk təhsilini Tbilisi şəhərində almışdır.

Sonradan Simon Virsaladze Moisey Toidzenin rəhbərliyində Tbilisi Dövlət Rəssamlıq Akademiyasında (1923–1926) D. N. Kardovski, İ. M. Rabinoviç və N. A. Şifrinden, İ. M. Rabinoviçin ona rəssamlığa böyük inamı aşıladığı Leninqraddakı Proletar Gözəl Sənətlər İnstitutunda[2] (indiki Repin Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutu) (1930–1931) təhsil almışdır. Burada dekorasiya sənətinin sirrlərinə yiyələnmişdir.[2]

Simon Virsaladze 1927-ci ildən Tiflis Fəhlə Teatrında işləyir. 1931–1936, 1941–1945-ci illərdə Z. Paliaşvili adına Tbilisi Dövlət Opera və Balet Teatrının baş teatr-dekorçusu olaraq çalışır. 1941–1945-ci illərdə Şota Rustaveli adına Tbilisi Milli Teatrında çalışır.

Simon Virsaladze 1937-ci ildən S. M. Kirov adına Leninqrad Opera və Balet Teatrında işləyir (indiki Mariinski Teatrı). Bu tetrda o, 1940–1941-ci illərdə dekorçu, 1945–1962-ci illərdə isə baş rəssam-dekorçu kimi çalığır.

Virsaladze Sovet İttifaqının digər teatrlarda da tamaşalara quruluşçu rəssam kimi dəvət olunurdu.

Bolşoy Teatrda bütün baletlərini tərtib edərək Y. N. Qriqoroviçlə fəal əməkdaşlıq edib.

Rəngarəng, zəngin olan rəssamın bəzəklərinin incə rəngləri, qəhrəmanlıq abidəsi, romantik coşqu və şənlik sadəlik və lakonizm, incə üslub hissi ilə birləşir. Dekorasiyalarında yüksək emosional ifadəliyə nail olur, rəngdən və işıqdan məharətlə istifadə edirdi.

Simon Virsaladze həmçinin Gürcüstan SSR Xalq Rəqs Ansamblının bir sıra proqramları üçün kostyumların müəllifidir.

Simon Virsaladze SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1958), SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü (1975) olmuşdur (1958). SSRİ Rəssamlar İttifaqının da üzvü olmuşdur.

Simon Virsaladze 7 fevral 1989-cu ildə Tiflisdə vəfat etmişdir. O, Didube panteonunda dəfn edilib.

  • 1960 — Venesiya Mavrı (film -balet)
  • 1964 — Hamlet
  • 1970 — Kral Lir
  • 1977 — Spartak (film -balet)
  • 2009 — "Simon Virsaladze. Rənglərin musiqisi " — sənədli film, 2009, 52 dəq., Rejissor Nikita Tixonov
  1. 1 2 Вирсаладзе Симон Багратович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 Сарабьянов, 1978. səh. 20
  3. http://slovari.yandex.ru/~книги/БСЭ/Вирсаладзе%20Симон%20Багратович/  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  • Ванслов, Виктор Владимирович, С. Вирсаладзе, М., 1969
  • Карп, Поэль Меерович. С. Б. Вирсаладзе // Ленинградские художники театра. Л. 1971.
  • Художественный календарь на 1979 год. Сто памятных дат (1 120000 nüs.). Москва: Советский художник. А. Сарабьянов. 1978.