Sinan ibn Ənəs

Sinan ibn Ənəs Nəxai[1] (ərəb. سنان بن أنس‎; VII əsr, Kufə686, Kufə) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə İmam Hüseynin başını kəsmişdir.[2] Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir.[3]

Sinan ibn Ənəs
ərəb. سنان بن أنس‎
Şəxsi məlumatlar
Doğum tarixi VII əsr
Doğum yeri
Vəfat tarixi 686
Vəfat yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Əməvilər xilafəti
Döyüşlər

Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbil Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, İmam Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı.[4] Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.[5] O, Nəxə qəbiləsindən idi.[6] Sinanın ölüm tarixi ilə bağlı fikir ayrılığı var.[7]

İmam Hüseynin həyatının son anlarında qətlgahda yıxıldığı və Ömər bin Sədin ordusundan heç kim onu bitirməyə cəsarət etmədiyi bir vaxtda Sinan ibn Ənəs qətlgaha gələrək İmam Hüseynin sinə və kürəyinə nizə ilə zərbə endirmişdir. Sonra Xəvli ibn Yəzid Əsbahi İmam Hüseynin başını kəsmək qərarına gəlmiş, lakin o, titrəməyə başlamış və bunu edə bilməmişdi. Sinan onu danlayaraq "Allah sənin qollarını qırsın, əllərini kəssin" demişdir. O, sonra atından düşmüş və İmam Hüseynin başını kəsmişdir.[8] Bəzi hədislərə görə, onun sinəsinə oturulmuş və başı arxadan kəsilmişdir.[9] Bundan sonra Ömər ibn Sədin çadırına getdi və bu şeiri ucadan oxumuşdur:[8]

" Atımın üzəngisindən qızıl-gümüş as, mən doğrudan da böyük bir ustad öldürdüm.

Ata və ana baxımından ən yaxşı insanı və nəsil baxımından ən yaxşı insanı öldürdüm.

"

Bu şeirləri eşidən Ömər bin Səd ona qəzəbləmiş, onu qamçılamış və demişdir: "Übeydulla sənin bu sözlərini eşitsə, sənin boynunu vurar".[10]

İmam Hüseyni kimin öldürdüyü haqqında fərqli-fərqli məlumat var. Bunlara Şümür ibn Zil Covşən,[11] Xəvli ibn Yəzid Əsbahi[12] və onun qardaşı Şəbül ibn Yəzid[13] aiddir.

Yezidin ölümündən sonra Kufə xaos içində idi. İmam Hüseynin əsas qatillərindən biri kimi tanınan Sinan gizli həyat sürməyə başlamışdı. Bəzi məlumatlara görə, o, Muxtar Səqəfinin qiyamından sonra Kufəni tərk edərək Bəsrə və onun ətraflarına qaçmışdır.[14] Bəziləri Səqəfinin tərəfdarlarının onu öldürdüyünü qeyd etmişdir. Bəzi mənbələr onun Kufədə Həccac ibn Yusif Səqafinin hökuməti dövründə vəfat etdiyini bildirmişdilər.[15]

  1. "Hüseyni kim qətlə yetirdi?". sunna.az. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  2. "Arxivlənmiş surət". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  3. "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  4. ابن ابی الحدید، شرح نهج البلاغه، ۱۴۰۴ق، ج۲، ص۲۸۶.
  5. بلاذری، انساب الاشراف، ۱۹۷۷م، ج۳، ص۲۰۴.
  6. ابن‌حزم، جمهرة أنساب العرب‏، ۱۹۸۳م، ص۴۱۵.
  7. "مروری بر حقایق زندگی سنان بن انس قاتل امام حسین (ع) و سرانجام او". دلگرم. 27 sen 2020. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.
  8. 1 2 ابن اثیر، اسدالغابة، ۱۴۰۹ق، ج۱، ص۴۹۹.
  9. Khwarazmi, Makhtal al-Hussein, 1423 AH, vol. 2, p. 4142; Mofid, Al-Arshad, 1413 AH, vol.2, p.112; Balazri, Ansab al-Ashraf, 1977, vol. 3, p. 203; Tabari, Tarikh, 1967, vol. 5, p. 453.
  10. بلاذری، انساب الاشراف، ۱۹۷۷م، ج‌۳، ص۲۰۵.
  11. دینوری، اخبارالطوال، ۱۳۶۸ش، ص۲۵۸.
  12. Ibn Abd al-Barr, al-Istiyab, 1412 AH, vol.1, p.393; Balazri, Ansab al-Ashraf, 1977, vol. 3, pp. 204, 218; Ibn Atham, al-Futuh, 1411 AH, vol. 5, p. 119, vol. 6, p. 244; Ibn Saad, Al-Tabaqaat, (Taqbah Khamseh, Vol. 1), 1414 AH, pp. 474, 475; Ibn Kathir, al-Badaiyah and al-Nahiyah, 1407 AH, vol. 8, p. 272; Erbali, Kashf al-Gahma, 1381 AH, vol.2, p.51.
  13. مفید، الارشاد، ۱۴۱۳ق، ج۲، ص۱۱۲؛ ابن شهر آشوب، مناقب، ۱۳۷۹ق، ج۴، ص۷۷؛ سماوی،ابصارالعین، ۱۴۱۹ق، ص۳۷.
  14. ابن کثیر، البدایة و النهایة، ۱۴۰۷ق، ج ۸، ص۲۷۲.
  15. Balazri, Ansab al-Ashraf, 1996, vol. 6, p. 410.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • ابن ابی الحدید، عبد الحمید بن هبة الله، شرح نهج البلاغه، قم، کتابخانه آیت الله مرعشی نجفی، ۱۴۰۴ق.
  • ابن اثیر، علی بن محمد، اسد الغابة فی معرفة الصحابة،‌ بیروت، دار الفکر، ۱۴۰۹ق.
  • ابن اثیر، علی محمد، الکامل فی التاریخ، بیروت، دارصادر، ۱۳۸۵ق/۱۹۶۵م.
  • ابن اعثم کوفی، احمد بن اعثم، الفتوح، تحقیق: علی شیری، بیروت، دارالأضواء، ۱۴۱۱ق/۱۹۹۱م.
  • ابن‌حزم اندلسی‏، علی بن احمد، جمهرة انساب العرب‏، بیروت، دارالکتب العلمیة، چاپ اول‏، ۱۴۱۸ق.
  • ابن جوزی، عبد الرحمن بن علی، المنتظم فی تاریخ الأمم و الملوک، تحقیق: محمد عبدالقادر عطا و مصطفی عبد القادر عطا،‌ بیروت، دار الکتب العلمیة، ۱۴۱۲ق/۱۹۹۲م.
  • ابن سعد، محمد بن سعد، الطبقات الکبری(طبقه خامسه ج۱)، تحقیق: محمد بن صامل السلمی، الطائف، مکتبة الصدیق، ۱۴۱۴ق/۱۹۹۳م.
  • ابن شهرآشوب مازندرانی، محمد بن جعفر، مناقب آل أبی طالب(ع)، قم، مؤسسه انتشارات علامه، ۱۳۷۹ق.
  • ابن عبدالبر، یوسف بن عبدالله، الاستیعاب فی معرفة الأصحاب، تحقیق: علی محمد البجاوی، بیروت، دارالجیل، ۱۴۱۲ق/۱۹۹۲م.
  • ابن کثیر دمشقی، اسماعیل بن عمر، البدایة و النهایة، بیروت، دارالفکر، ۱۴۰۷ق/۱۹۸۶م.
  • ابومخنف کوفی، وقعة الطف، قم، جامعه مدرسین، چاپ سوم، ۱۴۱۷ق.
  • اربلی، علی بن عیسی، کشف الغمة، تبریز، مکتبة بنی هاشمی، ۱۳۸۱ق.
  • بلاذری، احمد بن یحیی، انساب‌الأشراف(ج۳)، تحقیق: محمد باقر المحمودی، بیروت، دارالتعارف للمطبوعات، ۱۹۷۷م/۱۳۹۷ق.
  • بلاذری، احمد بن یحیی، کتاب جمل من انساب‌الأشراف، تحقیق: سهیل زکار و ریاض زرکلی، بیروت، دارالفکر، ۱۴۱۷ق/۱۹۹۶م.
  • خوارزمی، موفق بن احمد، مقتل الحسین، تحقیق محمد سماوی، قم، بی‌نا، ۱۳۸۱ش/۱۴۲۳ق.
  • دینوری، احمد بن داوود، الأخبار الطوال، تحقیق: عبدالمنعم عامر مراجعه جمال الدین شیال، قم، منشورات الرضی، ۱۳۶۸ش.
  • سماوی، محمد بن طاهر، ابصارالعین فی أنصار الحسین علیه‌السلام، قم، دانشگاه شهید محلاتی، ۱۴۱۹ق.
  • طبری، محمد بن جریر، تاریخ الأمم و الملوک، تحقیق: محمدأبوالفضل ابراهیم، بیروت، دارالتراث، ۱۳۸۷ق/۱۹۶۷م.
  • مجلسی، محمدباقر، بحارالأنوار، بیروت، مؤسسة الوفاء، ۱۴۰۴ق.
  • مفید، محمد بن محمد، الإرشاد فی معرفه حجج الله علی العباد، قم، انتشارات کنگره جهانی شیخ مفید، ۱۴۱۳ق.
  • مروری بر حقایق زندگی سنان بن انس قاتل امام حسین (ع) و سرانجام او،‌ دلگرم،‌ تاریخ بازدید: ۶ خرداد ۱۴۰۲.