Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. |
Siraqəddin Cabbarov (15 dekabr 1959, İmişli rayonu) — Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı.
Siraqəddin Cabbarov | |
---|---|
Vəzifədədir | |
17 may 2019-cu ildən | |
Əvvəlki | Nazim İsmayılov |
25 aprel 2008 – 17 may 2019 | |
Əvvəlki | Vaqif Hüseynov |
Sonrakı | Nazim İsmayılov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 dekabr 1959 (64 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
|
|
Təltifləri |
Siraqəddin Cabbarov 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olmuşdur. 1981-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. İxtisasca mühəndis-mexanikdir.
Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlamış və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini və zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə işləmişdir.
28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini vəzifələrində çalışmışdır. 25 aprel 2008-ci ildən 17 may 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.[1]
Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.[2]
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir.Beş övladı var.