Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax:
Nazim İsmayılov.
Nazim Mehdi oğlu İsmayılov (24 iyul 1952, Kürdşaban, Göyçay rayonu) — siyasətçi, Göyçay, Şamaxı, Sabirabad və Saatlı rayonlarının keçmiş İcra Hakimiyyətinin başçısı. Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
Nazim İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.[1]
Ailəlidir, 3 övladı, 5 nəvəsi vardır.
Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb.[2]
- 1977–1980-ci illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor[3]
- 1980–1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri.
- 1981–1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri.[4]
- 1989–1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi.
- 1990–1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini.
- 1991–1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini.
- 1992–1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini.
- 1994–2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini.
- 2001–2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı.[5],
- 2006–2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı[6]
- 2011–2019-cu illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı.
- 2019–2020-ci illərdə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı.[2]
- Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür.
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon Sovetinin sədrləri | |
---|
Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Saatlı rayonu 25 may 1943-cü ildə təşkil olunmuşdur. 4 yanvar 1963-cü ildə Saatlı rayonu ləğv edilərək Sabirabad rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə isə yenidən müstəqil Saatlı rayonu təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Şamaxı rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 4 dekabr 1959-cu ildə Mərəzə rayonu ləğv edilmiş, ərazisi isə Şamaxı rayonuna birləşdirilmişdir. 24 aprel 1990-cı ildə müstəqil Qobustan rayonu təşkil edilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
|
---|
Azərbaycan SSR | Rayon Partiya Komitəsinin birinci katibləri | |
---|
Kolxoz-Sovxoz İstehsalat İdarəsi Partiya Komitəsinin katibləri | |
---|
Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri | |
---|
|
---|
Azərbaycan Respublikası | Rayon İcra Hakimiyyəti başçıları | |
---|
|
---|
Qeyd 1: Göyçay rayonu 1930-cu ildə təşkil olunmuşdur. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |